Pakistan İslam
Respublikasının Prezidenti Zati-aliləri
cənab Məmnun Hüseynə
Hörmətli
cənab Prezident,
Ölkənizin
milli bayramı – Pakistan günü münasibətilə Sizi və
bütün xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan
ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq
və strateji tərəfdaşlıq münasibətləri
birləşdirir. Ümidvaram ki, qarşılıqlı etimad
və dəstəyə əsaslanan dövlətlərarası
münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın
hərtərəfli inkişafı yolunda bundan sonra da
ardıcıl səylər göstərəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, qardaş Pakistan xalqına
sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 19 mart 2014-cü il.
Azərbaycan.-2014.- 28 mart.- S.3.