Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli
qərarı ilə təsdiq edilmiş
"İnzibati orqanların Təsnifatı"nda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 81 Bakı şəhəri,
18 mart 2014-cü il
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə 1028, ¹ 11, maddə 1204, ¹ 12, maddələr 1363, 1388; 2013, ¹ 1, maddə 73, ¹ 8, maddələr 1015, 1038, ¹ 10, maddə 1219; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 20 nömrəli qərarı) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın II bölməsinə aşağıdakı məzmunda 15.4.1-1-ci yarımbənd əlavə edilsin:
"15.4.1-1. ərazi vergilər
departamentləri".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 29 mart.- S.1.