Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci
il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış
malların (iş və xidmətlərin) dəyəri ödənilərkən
ƏDV-nin ödənilməsi,
ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin
hərəkəti, bu
hesab üzrə aparılan əməliyyatlardan
ƏDV-nin əvəzləşdirilməsi
və dövlət büdcəsinə köçürülməsi
Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 83 Bakı
şəhəri, 19 mart 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹12, maddə 1354; 2008, ¹ 2, maddə 127; 2009, ¹ 4, maddə
282, ¹ 6, maddə 494, ¹ 10, maddə
853) ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş
elektron vergi hesab-fakturası üzrə
alınmış malların
(iş və xidmətlərin) dəyəri
ödənilərkən ƏDV-nin ödənilməsi,
ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin
hərəkəti, bu
hesab üzrə aparılan əməliyyatlardan
ƏDV-nin əvəzləşdirilməsi
və dövlət büdcəsinə köçürülməsi
Qaydaları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1.
4.3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
"4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən
alıcı öz
ƏDV sub-uçot hesabından
ƏDV məbləğini satıcının
ƏDV sub-uçot hesabına
köçürə bilər. Bu ödənişin
aparılması üçün
alıcı Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı
ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na
əsasən vergi orqanından alınmış
istifadəçi kodu,
parol və şifrə, yaxud "Elektron imza və
elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanununa
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına
uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron
imza vasitəsilə Azərbaycan Respublikası
Vergilər Nazirliyinin rəsmi internet səhifəsi
olan İnternet Vergi İdarəsinə
(www.e-taxes.gov.az) daxil olur
və ödənişi
gücləndirilmiş elektron
imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış
"Köçürmə əməliyyatlarının aparılması"
menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə
ödənişlərin və
əvəzləşmələrin elektron formada aparılması qaydaları
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin kollegiyası tərəfindən
təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.".
2. Aşağıdakı
məzmunda 4.3-1-ci və
4.3-2-ci bəndlər əlavə
edilsin:
"4.3-1.
Bu Qaydaların 4.3-cü bəndində
qeyd edilmiş ödənişi alıcı
qismində aşağıdakı
şəxslər gücləndirilmiş
elektron imza vasitəsilə həyata keçirə bilərlər:
4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin
özü və ya hüquqi şəxsin rəhbəri;
4.3-1.2. bu Qaydaların
4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti
olan digər şəxs (şəxslər).
4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə
uyğun ödənişi
etməyə səlahiyyəti
olan digər şəxs (şəxslər)
tərəfindən həyata
keçirilməsinə icazənin
verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində
qeyd edilmiş şəxslər tərəfindən
İnternet Vergi İdarəsində yaradılmış
"Səlahiyyətlərin idarə edilməsi" menyusundan istifadə edilməklə gücləndirilmiş
elektron imza vasitəsilə təsdiq edilir.".
3.
4.4-cü bənddə "vergi orqanlarından alınmış xüsusi
parol-şifrədən istifadə
etməklə," sözləri
"gücləndirilmiş elektron imza vasitəsilə"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2014.- 30 mart.- S.1.