Dünya birliyi gec-tez ermənilərin bəşəriyyətə
ləkə
və təhlükə olduğunu qəbul edəcək
Azərbaycan
dövləti xalqımızın üzləşdiyi
soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən
tanınması və erməni faşizminin ifşası
üçün dünyada fəal iş aparır
Erməni millətçiliyi yarandığı vaxtdan digər xalqlara qarşı amansız qəddarlığı ilə seçilib. İmperialist siyasət yürüdən havadarlarının şirnikləndirməsi ilə "böyuk Ermənistan" xülyasına düşən, başqa xalqların torpaqları hesabına dövlət qurmaq iddiasında olan ermənilər son iki əsr ərzində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər törədiblər. Bütün ətraf xalqlar erməni şovinizminin, terrorizminin qurbanı olsa da, dünya ictimaiyyəti əsl həqiqətləri, əslində, nəyin baş verdiyini etiraf etməkdən çox uzaq olub. Təəssüf ki, indi də beynəlxalq aləm ən yaxşı halda ikili standartlardan çıxış edir.
1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən, 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.
1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində dəhşətləri ilə yadda qalan soyqırımı cinayətləri həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qalmışlar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet Rusiyasının ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilməmişdir.
Azərbaycan xalqı sovet imperiyasının tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin qurduğu ölüm dəzgahı əksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını işgəncələrə məruz qoymuş, məhv etmişdir.
SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovlağına köçürülməsi haqqında" qərarı ilə 1948-1953-cü illərdə 200 min azərbaycanlı faciəli izləri ilk baxışda görünməyən deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir. O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400 min nəfərdən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların sayı 10.504 nəfər, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.232 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı tarixi torpaqlarından zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.
1988-ci ildə Ermənistan SSR ərazisindən,
öz dədə-baba yurdundan - 185 kənddən və
başqa yaşayış məntəqələrindən 230
min azərbaycanlı qovuldu, onlara məxsus 31 min ev, şəxsi
təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı
talandı, 214 nəfər öldürüldü, 1154 nəfər
yaralandı, yüzlərlə adama işgəncə verildi. Bununla da, Ermənistan
demək olar ki, monoetnik bir respublikaya çevrildi.
Etnik təmizləmə siyasətini başa
çatdıran ermənilər ötən əsrin 90-cı
illərindən başlayaraq Azərbaycanda terroçuluq
dalğasını genişləndirdilər,
soyqırımı siyasətinin növbəti mərhələsinə
rəvac verdilər. 1992-ci il fevralın ortalarında
Xocavənd rayonunun Qaradağlı kəndinin 54 sakinini vəhşicəsinə
öldürüb silos quyularına atdılar. Qaradağlı
kəndində soyqırımı həyata keçirdilər.
1992-ci il fevralın 25-də isə erməni
hərbi birləşmələri sovet ordusundan qalma 366-cı
alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərinə
hücum edərək dinc azərbaycanlılara vəhşicəsinə
divan tutdular, daha bir dəhşətli
soyqırımını törətdilər. 613
nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı
uşaq, 70 qoca öldürüldü. Min
nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli
güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə
bütövlüklə məhv edildi. 56 nəfər
xüsusi qəddarlıq və amansızlıqla diri-diri
yandırıldı, dəriləri soyuldu, gözləri
çıxarıldı, başları kəsildi, hamilə
qadınların qarnı süngü ilə deşildi.
Ermənilər ötən əsrin 90-cı illərində
Bakı şəhərində və Azərbaycanın
ayrı-ayrı yerlərində, qatarlarda, metroda qanlı terror
aksiyaları həyata keçirdilər. Azərbaycanlılara
qarşı aparılan soyqırımı siyasətinin
xronologiyasını xatırlayarkən törədilən vəhşilik
və cinayətlərin miqyası, metodologiyası qəzəb
doğurmaya bilmir.
Beləliklə,
təkcə XX əsrdə ermənilər tərəfindən
edilən soyqırımı, deportasiya və etnik təmizləmə
siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə
29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə
20 faiz ərazisi işğal edilmişdir. 2,5
milyon nəfər azərbaycanlı isə soyqırımı
nəticəsində məhv edilmişdir.
Ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan
torpaqlarında dövlət qurmaq üçün həyata
keçirdikləri fəaliyyəti bu günümüzədək
davam etdirməkdədirlər. Uzun illər ərzində
aparılan bu məkrli və riyakar siyasətin nəticəsidir
ki, bəzi ölkələrin parlamentləri ermənilərin
yalançı soyqırımı iddialarına uyaraq qərarlar
qəbul ediblər. Azərbaycanın, Türkiyənin,
Gürcüstanın tarixi torpaqlarında Andranik, Nazarbəyov,
Hamazasp və sair bu kimi adları tarixdən yaxşı məlum
olan qaniçənlərin rəhbərlik etdiyi quldur dəstələri
tərəfindən törədilən kütləvi qətliamları,
insanların görünməmiş, tükürpədici
vasitələrlə öldürülməsini, kənd və
şəhərlərin xarabazarlığa çevrilməsini
pərdələməyi bacaran erməni riyakarlığı
uzun müddətdir ki, dünya ictimaiyyətini aldatmaqdadır.
Tarixi şərait səbəbindən ötən iki əsr
ərzində baş vermiş hadisələrə,
xalqımızın faciələrinə obyektiv qiymət vermək
mümkün olmamışdır. Ermənilərin
işğalçılıq və etnik təmizləmə
siyasəti, azərbaycanlılara qarşı
soyqırımı cinayətləri tarix boyu davam etsə də,
imperiya əsarəti xalqımıza qarşı baş verənlərin
qarşısının alınmasına və
araşdırılmasına imkan verməmişdir. Əksinə, erməni vandalizmini, məruz
qaldığımız soyqırımını və digər
bu kimi tarixi həqiqətləri bizə unutdurmağa
çalışmışlar. Ona görə
xalqımız uzun illər özünün bu gerçək
tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və
yalan tarix nəticəsində bilgilərimiz tamamilə yad
istiqamətdə köklənmişdir.
Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə
və xalqına qarşı işğalçılıq və
soyqırımı cinayətlərini araşdırmaq, əsl
həqiqətləri dünyaya yaymaq və hüquqi-siyasi qiymət
vermək mümkün olmuşdur. Xüsusilə qeyd etməliyik ki,
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin
imzaladığı "Azərbaycanlıların
soyqırımı haqqında" fərman erməni millətçilərinin
cinayətkar əməllərinə verilən dolğun və
hərtərəfli hüquqi-siyasi qiymətdir.
Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara
qarşı törədilmiş kütləvi
qırğınların - soyqırımılarının rəsmən
adı çəkilmiş, Cənubi Qafqaz miqyasında
xalqımıza qarşı aparılmış etnik
düşmənçilik siyasətinin kökləri
açıqlanmışdır. Ulu öndər Heydər
Əliyev fərmanda 1918-ci ilin mart hadisələrini geniş
şərh etmiş, bolşevik cildinə girmiş erməni
daşnaklarının Azərbaycan xalqının
başına gətirdikləri müsibətləri dünyaya
bəyan edərək bu qanlı əməllərə
düzgün siyasi qiymət vermiş və onu Azərbaycan
xalqına qarşı törədilən ən böyük
faciə adlandırmışdır. Ulu
öndərin erməni məkrini tarixi faktların dili ilə
ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək
nəsillərinin milli yaddaşının qorunması
baxımından da bir növ, proqram sənədidir. Fərmanda
deyilir: "Böyük Ermənistan" yaratmaq
xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci
illərdə azərbaycanlılara qarşı açıq
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata
keçirdilər.
Ermənilərin Bakıdan başlanan vəhşilikləri
Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan
kəndlərini əhatə etdi. Yüzlərlə
yaşayış məntəqəsi dağıdılıb
yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə
qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları
məsələnin mahiyyətinin açılmasına, ona
düzgün hüquqi-siyasi qiymət verilməsinə
maneçilik törədərək azərbaycanlıların
mənfi obrazını yaratmış, özlərinin
avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən
məharətlə istifadə edən ermənilər öz
iddialarını bolşevik bayrağı altında
reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından
etibarən əksinqilabçı ünsürlərlə
mübarizə adı altında Bakı Kommunası Bakı
quberniyasını azərbaycanlılardan təmizləmək
niyyəti güdən mənfur plan həyata keçirməyə
başladı. Həmin günlərdə ermənilərin
törətdikləri cinayətlər Azərbaycan
xalqının yaddaşına əbədi həkk
olunmuşdur. Minlərlə dinc azərbaycanlı
əhali yalnız milli mənsubiyyətinə görə məhv
edilmişdir. Ermənilər evlərə od
vurmuş, insanları diri-diri yandırmış, milli
memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış,
Bakının böyük hissəsini xarabazarlığa
çevirmişlər. Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və Azərbaycanın başqa bölgələrində də
xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Bu ərazilərdə dinc əhali kütləvi
şəkildə qətlə yetirilmiş, kəndlər
dağıdılmış, milli mədəniyyət abidələri
məhv edilmişdir".
Azərbaycan
tarixində ilk dəfə olaraq ulu öndər Heydər
Əliyevin erməni məkrini tarixi faktların dili ilə
ifşa etdiyi fərmanında ermənilərin ölkəmizə
qarşı təcavüzünün tarixi köklərinə
də toxunulur, onların mərhələlərlə törətdikləri
soyqırımı və terror siyasətinin mahiyyəti
açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə
üzləşdiyi yeni nəsillərə anladılır,
xalqımızın qarşılaşdığı müsibətlərin
tarixinə siyasi və çağdaş aspektlərinə nəzər
salınır. Ən əsası, bu fərman
terrorizmə, soyqırımına qarşı mübarizə
aparmaq üçün ulu öndərin müəyyən
etdiyi bir yoldur. Azərbaycanlılara
qarşı aparılmış soyqırımı və
deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə
martın 31-i Azərbaycanlıların Soyqırımı
Günü elan edilib.
Bu fərman həm də uzun illər gizli saxlanılan,
üzərinə qadağalar qoyulan həqiqətləri
açdı, xalqımızın qan yaddaşını təzələdi. Xalqımız
sovet dövründə uzun illər bu gerçəkliklərdən
məlumatsız olmuşdur. Hətta dəhşətli
soyqırımının qurbanı olmuş minlərlə
soydaşımızın uyuduğu qəbiristanlığın
üstündə park salınmışdır. Bu mənada
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin imzaladığı fərman 200 illik işğal və
soyqırımı siyasətini açıb göstərən
tarixi sənəd olmaqla yanaşı, xalqımızın
öz milli-mənəvi dəyərlərinə, tarixi
köklərinə, torpağına və vətəninə
bağlılığı baxımından da əhəmiyyətlidir.
Hər il martın 31-ni azərbaycanlıların
soyqırımı günü kimi qeyd etməklə biz bir
daha tarixi keçmişə qayıdır, xalqımıza
qarşı açıq şəkildə həyata
keçirilən miqyaslı aksiyaları ürək
ağrısı ilə yad edirik. Amma ermənilərin
xalqımıza qarşı törətdikləri
soyqırımı, deportasiya və işğal siyasətinin
intensivliyi bu gün də zəifləməmiş, bədnam
qonşularımız təbliğat və qarayaxma
kampaniyasını bir az da gücləndirmişlər.
Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından
yararlanaraq "əzabkeş erməni milləti"
obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq
normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən
istifadə edərək əsl soyqırımı haqqında
həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini
Azərbaycan torpaqlarının işğalı faktı ilə
barışdırmağa çalışırlar.
Bu cür məkrli niyyətlərə baxmayaraq, xüsusən,
son illərdə erməni yalanlarının dünyada ifşa
olunması istiqamətində Azərbaycan dövlətinin həyata
keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə
qarşı ideoloji əks-hücum effektiv xarakter
almışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq
səviyyədə qaldırılması, erməni vandalizminin
ifşası istiqamətindəki əzmkar və qətiyyətli
fəaliyyət Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı - Azərbaycan Prezidenti cənab İlham
Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il
26 mart tarixli sərəncamı bu işlərin vahid və
sistemli surətdə aparılmasına imkan
yaratmışdır. Prezident İlham Əliyev
xalqımızın haqq səsini dünya ictimaiyyətinə
çatdırmaq üçün bütün mötəbər
tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi
altında Azərbaycanın həyata keçirdiyi
hücumçu diplomatiya bu gün təcavüzkar Ermənistanı
çıxılmaz vəziyyətdə qoymuşdur. Azərbaycan
rəhbərliyi dünya siyasətini müəyyən edən
böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla
ardıcıl və müntəzəm iş aparır, onilliklər
boyu formalaşmış stereotipləri və yanlış
siyasi yanaşmaları dəyişdirməyə çalışır.
Prezident İlham Əliyev bütün görüşlərində,
xarici ölkələrə səfərlərində,
çıxışlarında Azərbaycan xalqına
qarşı soyqırımı həyata keçirən erməniləri
ifşa etmiş, bu cinayəti törədənləri və
ona göz yumanları kəskin tənqid etmiş, dünya
ictimaiyyətini erməni riyakarlığına son qoymağa
çağırmışdır.
Prezident
İlham Əliyevin Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı xalqa
müraciətlərində ermənilərin müxtəlif
illərdə dinc əhaliyə qarşı
soyqırımı həyata keçirmələri,
soydaşlarımızın yurd-yuvalarından didərgin salınması,
ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin
xalqımıza qarşı təcavüzünün bu gün
də davam etməsi, onun ağır nəticələrinin
yüz minlərlə soydaşımızın taleyində
özünü büruzə verməsi, Ermənistanın və
havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum
olması, bunun hazırkı dünya siyasətinin
aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi
qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və
hər birimizin qarşısında duran başlıca vəzifələr
göstərilir. "Bizim siyasi-diplomatik və
informasiya-təbliğat mübarizəsi sahəsində
görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli,
daha səmərəli işləməliyik" - deyə
Prezident İlham Əliyev bildirib.
Bu gün ölkəmizin dövlət və qeyri-dövlət
qurumlarının xətti ilə ermənilərin tarix boyu
xalqımıza qarşı həyata keçirdikləri
soyqırımı siyasəti ilə bağlı əsl həqiqətlərin
araşdırılıb üzə çıxarılması
və dünya ictimaiyyətinə çatdırılması
yönündə ideoloji fəaliyyət uğurla davam
etdirilir. Bunun nəticəsidir ki, son dövrlərdə Azərbaycan
həqiqətlərinin dünyada yayılması istiqamətində
görülən işlərin miqyası daha da
artmışdır. Bu işdə Azərbaycan
dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da
çox mühüm və tarixi işlər görür.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı, YAP sədrinin müavini Mehriban Əliyevanın rəhbərlik
etdiyi bu fond istər ölkədən kənarda, istərsə
də respublikamızda çox vacib layihələr
reallaşdırır. Heydər Əliyev Fondunun
dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin
yaradılması fondun bu məsələyə nə dərəcədə
həssas yanaşdığını nümayiş etdirir.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri
görülərkən aşkar edilmişdir. 2009-cu
ildə Nazirlər Kabinetinin sərəncamı ilə
"Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin
əbədiləşdirilməsinə dair tədbirlər
planı" təsdiq edilmiş, aşkar olunmuş kütləvi
məzarlığın yerləşdiyi ərazidə
monumental xatirə kompleksinin ucaldılması və abadlıq
işlərinin aparılması qərara
alınmışdır. 2007-ci ilin iyulundan
etibarən Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat
işlərinə başlanılmış, 2008-ci ilin
sentyabrında isə tədqiqat işləri başa
çatdırılmışdır. Tədqiqat
nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin
yerli dinc əhaliyə qarşı törətdiyi
soyqırımı ilə bağlı olduğu müəyyən
edilmişdir. Tədqiqat işlərinin nəticəsi
olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid
400-dən çox insan cəsədinin qalıqları
aşkar edilmişdir. Onlardan 50-dən
çoxu uşaqlara, 100-dən çoxu qadınlara,
qalanları isə əsasən yaşlı kişilərə
aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda
azərbaycanlılarla bərabər, Qubada yığcam halda
yaşayan ləzgi, yəhudi, tat və digər etnik
qrupların nümayəndələri də
amansızcasına qətlə yetirilərək
basdırılmışdır. Prezident İlham Əliyevin
2009-cu il 30 dekabr tarixli sərəncamına əsasən, erməni
millətçilərinin cinayətkar əməllərinin
dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan
xalqının gələcək nəsillərinin milli
yaddaşının qorunması və soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Quba şəhərində
Soyqırımı Memorial Kompleksinin yaradılmasına
başlanılmışdır. 2013-cü ilin
sentyabr ayında kompleksin açılışı
olmuşdur. Açılış mərasimində
iştirak edən Prezident İlham Əliyev tarixin
araşdırılmasının, gənc nəslin
keçmişimizi bilməsinin vacibliyini bildirib: "Uzun illər
xalqımıza qarşı amansızlıqla vəhşilik
törədən ünsürlər sovet tarixində qəhrəman
kimi təqdim edilirdi, onların şərəfinə abidələr
ucaldılırdı. Yalnız müstəqillik
dövründə biz həqiqi ədaləti bərpa etdik.
Gözəl şəhərimizi, Bakımızı
o abidələrdən təmizlədik və bu gün o yerlərdə
gözəl parklar, o cümlədən Sahil parkı
yaradılıbdır. Yəni, tarix, ədalət
zəfər çaldı. Biz bu gün
öz tariximizə qayıdırıq. Tarixin
bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız
keçmişdə hansı fəlakətlərlə
üz-üzə qalmışdır. Erməni
faşizminə o vaxt düzgün qiymət verilmədiyi
üçün sonra tarixin müxtəlif dövrlərində
erməni faşizmi öz yırtıcı sifətini
nümayiş etdirmişdir".
2012-ci il fevralın 26-da Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşü də faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Ön sırada Prezident İlham Əliyevin olduğu və 100 minə yaxın insanın iştirak etdiyi bu yürüş göstərdi ki, Azərbaycan dövləti və xalqı soyqırımı qurbanlarının qanını yerdə qoymayacaq. Həm qisas alınacaq, həm də düşmən beynəlxalq miqyasda tam ifşa olunana qədər bu istiqamətdə mükəmməl işlər həyata keçiriləcək.
Həyata keçirilən bu cür mühüm işlərin nəticəsidir ki, Pakistan, Meksika və Kolumbiya parlamentləri, Çexiya parlamentinin beynəlxalq əlaqələr komitəsi, ABŞ-ın Amerikanın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virginia, Konnektikut və Florida ştatları Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər.
Qeyd etdiyimiz kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan xüsusi tədqiqat komissiyası öz işini başa çatdıra bilməmişdi. Lakin bu gün Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş aparır. Bu mənada qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 30 mart.- S.1;2.