«Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 569; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 8, maddə 695, ¹ 11, maddə 960; 2009, ¹ 12, maddə 966; 2013, ¹ 4, maddə 357; Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 846-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.  7-ci maddənin ikinci hissəsi ləğv edilsin;

2.  9-cu maddənin ikinci hissəsində "qanunvericiliyinə uyğun olaraq" sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilsin;

3.  11-ci maddədə "qanunvericiliyi" sözü "qanunları  sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 4 aprel 2014-cü il

Azərbaycan.-2014.- 1 may.- S.1.