"Uşaqların
icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə bağlı bəzi normativ hüquqi
aktların təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 109 Bakı şəhəri,
23 aprel 2014-cü il
"Uşaqların
icbari dispanserizasiyası haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının
1.1.5-1.1.8-ci yarımbəndlərinin icrasını təmin
etmək məqsədi ilə və 4.1-ci bəndinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
"Uşaqların icbari dispanserizasiyasının həyata
keçirilməsi Qaydası" təsdiq edilsin (1 nömrəli
əlavə).
2.
"Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli
olan tibbi yardımın həcmi və keyfiyyət
standartları" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Xəstə
və xəstələnmə riski olan uşaqlar
üçün müalicə-sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməsi Qaydası" təsdiq
edilsin (3 nömrəli əlavə).
4.
"Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi
Qaydası" təsdiq edilsin (4 nömrəli əlavə).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan
Respublikası NazirlərKabinetinin 2014-cü il 23 apreltarixli
109
nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli
əlavə
Uşaqlarınicbaridispanserizasiyasınınhəyatakeçirilməsi
Q A Y D A S
l
1. Ümumimüddəalar
1.1. Bu
Qayda “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən
hazırlanmışdır və uşaqların icbari
dispanserizasiyasının həyata keçirilməsi
qaydasını müəyyən edir.
1.2. Bu Qayda valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş, sosial təhlükəli
vəziyyətdə olan, sağlamlıq imkanları məhdud
və cəzaçəkmə müəssisələrində
olan uşaqların icbari dispanserizasiyasını da əhatə
edir.
1.3.
Uşaqların icbari dispanserizasiyası onların yaşı
və sağlamlıq vəziyyəti nəzərə
alınaraq həyata keçirilir.
1.4.
Uşaqların icbari dispanserizasiyası Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan
ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika
müəssisələri tərəfindən dispanserizasiyadan
keçiriləcək uşaqlara göstərilməli olan
tibbi yardımın həcmi və keyfiyyət standartlarına
uyğun olaraq tərtib edilmiş müayinə cədvəlinə
və sahə prinsipinə əsasən həyata
keçirilir.
1.5.
İcbari dispanserizasiyadan keçiriləcək
uşaqların həkimin çağırışı ilə
tibb müəssisəsinə gətirilməsinə və
dispanserizasiya ilə əlaqədar tibb işçilərinin
göstərişlərinin yerinə yetirilməsinə
görə məsuliyyəti onların valideynləri və digər
qanuni nümayəndələri daşıyırlar.
1.6.
Tibbi-profilaktik müayinələrin
nəticələri “Uşağın inkişaf tarixi”ndə
(AZS 112/u) qeyd edilir və “Vətəndaşların Elektron
Sağlamlıq Kartı Sistemi”nə (VESKS) daxil edilir.
1.7. Hər
ilin sonunda tibb müəssisəsi tərəfindən
uşaqların icbari dispanserizasiyası işi təhlil
olunaraq rəsmi statistik hesabat hazırlanır və tabeliyi
üzrə müvafiq səhiyyə idarə və ya müəssisəsinə
təqdim edilir.
2.
Dispanserizasiyadan keçən uşaqların dispanser qeydiyyata
götürülməsi və dispanser qeydiyyatdan
çıxarılması
2.1.
Tibbi-profilaktik müayinələrin nəticələrinə əsasən
uşaqlar sağlamlıq qruplarına bölünürlər.
2.2. Xəstə
və xəstələnmə riski olan uşaqlar dispanser
müşahidəsinə götürülür və onlara
“Uşağın Dispanser Müşahidə Kartı” (AZS
030/u) açılır.
2.3. Hər
bir xəstə və xəstələnmə riski olan uşağa
dispanserizasiya planı
tərtib edilir. Dispanserizasiya planında
mütəxəssislərin baxışlarının və
müayinələrin dövriliyi, həmçinin
aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər
əks olunur.
2.4.
Dispanserizasiya planına uyğun olaraq uşağa aparılan
müayinə və müalicə tədbirləri barədə
məlumatlar “Uşağın Dispanser Müşahidə
Kartı”nda (AZS 030/u) qeyd edilir və VESKS-yə daxil edilir.
2.5.
Dispanser qeydiyyatında olan uşaq müalicədən və
uzunmüddətli remissiyadan sonra sahə həkiminin və
mütəxəssislərin ümumi rəyi əsasında
qeydiyyatdan çıxarılır.
2.6. Xəstə uşaq
dispanser qeydiyyatından
çıxarılmırsa, yeni təqvim ili üçün
sağlamlaşdırıcı tədbirlər planı tərtib
edilir və “Uşağın Dispanser Müşahidə
Kartı”nda (AZS 030/u) və VESKS-də qeydiyyat davam etdirilir.
3. Bəzi
kateqoriyadan olan uşaqların icbari dispanserizasiyasının
xüsusiyyətləri
3.1. Təhsil alan
uşaqların dispanserizasiyası məqsədi ilə
ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika
müəssisəsi tərəfindən onların
tibbi-profilaktik müayinə cədvəli tərtib olunur və
müayinələrin keçiriləcəyi təhsil müəssisəsinin
rəhbərliyi ilə razılaşdırılır.
3.2. Təhsil alan uşaqların tibbi-profilaktik müayinələri təhsil
aldıqları yerlərdəhəyata keçirilir. Bu məqsədlə təhsil müəssisələri
tərəfindən müayinələrin həyata
keçirilməsi üçün şərait
yaradılır. Təhsil müəssisəsində həyata
keçirilməsi mümkün olmayan tibbi-profilaktik müayinələr
ərazi üzrə səhiyyə müəssisələrində aparılır.
3.3. Cəzaçəkməmüəssisələrində
olan uşaqların icbari dispanserizasiyası Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən
həyata keçirilir.
3.4.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar onlar üçün müəssisələrdə,
yəni onların saxlanıldığı, təhsil və (və
ya) tərbiyə aldığı təhsil müəssisələrində,
ailə tipli uşaq evlərində, əhalinin sosial müdafiəsi
müəssisələrində (uşaq evləri,
sağlamlıq imkanları məhdud uşaqlar
üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri,
sosial sığınacaqlar), səhiyyə sistemi müəssisələrində
və qanunvericiliklə müəyyən edilmiş qaydada
yaradılan digər dövlət və qeyri-dövlət
müəssisələrində yerləşdirildiyi halda
onların icbari dispanserizasiyası məqsədi ilə
aparılan tibbi müayinələr bu müəssisələrdə
həyata keçirilir. Tibbi-profilaktik müayinələrin
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün müəssisələrdə
aparılması mümkün olmadıqda, həmin müayinələr
ərazi üzrə səhiyyə müəssisələrində,
yaxud səhiyyə müəssisələri tərəfindən
yaradılmış və müvafiq mütəxəssislərdən
ibarət səyyar briqadalar tərəfindən valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar üçün müəssisələrdə həyata
keçirilir.
3.5.
Sağlamlıq imkanları məhdud uşaqların icbari
dispanserizasiyası məqsədi ilə aparılan
tibbi-profilaktik müayinələr onların yerləşdikləri
təhsil, səhiyyə və əhalinin sosial müdafiəsi
müəssisələrində bu Qaydanın 3.4-cü bəndi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
3.6. Sosial
təhlükəli vəziyyətdə olan uşaqların
icbari dispanserizasiyası məqsədi ilə aparılan
tibbi-profilaktik müayinələr “Yetkinlik yaşına
çatmayanların baxımsızlığının və
hüquq pozuntularının
profilaktikası haqqında” Azərbaycan Respublikası
Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş
yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının
profilaktikası sisteminə daxil olan orqan və müəssisələrdə
bu Qaydanın 3.4-cü bəndi
ilə müəyyən edilmiş qaydada təşkil
olunur.
________________
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109
nömrəli qərarı ilə təsdiq edilmişdir
2 nömrəli
əlavə
Dispanserizasiyadankeçiriləcəkuşaqlaragöstərilməliolan
tibbiyardımınhəcmivəkeyfiyyətstandartları
1. Uşaqlarınyaşqrupunagörəgöstərilməliolantibbiyardımınhəcmi
Yaş
qrup-ları
Mütəxəssislərin
müayinəsi
Müayinə
zamanı xüsusi diqqət yetirilməli hallar
Aparılan müayinələr
Əsas məsləhətlər/ müalicə
1
2
3
4
5
Yeni-doğul-muş-
lar
həkim-pediatrın müayinəsi - doğum evindən
çıxdıqdan 3 gün ərzində və sonra-kı
müayinələr
doğuşun gedişindən asılı olaraq 7-10
gündən bir - evdə, 1 aylığında poliklini-
kada
müxtəlif orqan və sistemlərin, xüsusilə sinir sisteminin,
göbək həlqəsinin vəziyyəti, çəkinin
dinamikası və anadangəlmə inkişaf
qüsurlarının aşkarlanması
göstərişə əsasən
qidalanmanın və gündəlik rejimin düzgün təşkili
1 yaşa-
dək uşaq-
lar
həkim-pediatr - ayda 1 dəfə, həkim-cərrah, həkim-oftalmoloq,
həkim-otorinolarinqoloq və həkim-nevropatoloq 3 ayınadək
- 1 dəfə, digər mütəxəssislər
-ehtiyac olduqda
boyun,
çəkinin, başın və döş qəfəsinin
ölçülərinin dinamikası, uşağın sinir
və psixi inkişafının vəziyyəti, sümük-əzələ
sisteminin, daxili orqanların vəziyyəti, anadangəlmə
qüsurların olması
qanın
ümumi analizi,göstə-riş olarsa 6 aylığınadək
yoxlanılmalı,
2-ci
yarım-illikdə qanın ümumi ana-
lizi
uşağın təmiz havada olması, qidalanmanın xüsusiyyəti
və gündəlik rejimin təşkili,3 həftə-liyindənraxitin
profilaktikası,
masaj,gimnastika,
ümumi sağlam-laşdırıcı prosedurların
aparılması
1
2
3
4
5
2
yaşlı uşaqlar
həkim-pediatr - rübdə 1 dəfə, həkim-otorino-larinqoloq, həkim-stomatoloq il ərzində 1
dəfə,
digər
mütəxəssis-lər-ehtiyac olduqda
eynilə,
süd
dişlərinin
çıxmasında defektlərin vaxtında aşkar
edilməsi
sidiyin,qanın
ümumi analizi və nəcisin qurd yumurtaları-na
yoxlanıl-ması
eynilə,
payız
və qış mövsü-
mündə raxitin profilaktikası (göstərişə uy-
ğun)
3
yaşlı uşaqlar
həkim-pediatr 6 aydan bir,
həkim-oftalmoloq, həkim-otorinola-rinqoloq, həkim-stomatoloq,
loqoped ildə 1 dəfə, digər
mütəxəssislər -ehtiyac olduqda
uşağın psixo-nevroloji və fiziki inkişafı, sümük -əzələ
sistemi, diş-çənə, daxili orqanların ümumi vəziyyəti
eynilə
möhkəmləndirici tədbirlər, gimnastika, yaşa
uyğun rejimin qurulması, xroniki infeksiya ocaqlarının
sanasiyası
4-5
yaşlı uşaqlar
həkim-pediatr,
həkim-otorinolarinqoloq, həkim-oftalmo-loq, nevropatoloq, həkim-stomato-loq,
həkim-cərrah, loqopedin ildə 1 dəfə
baxışı, digər mütə-xəssislər -ehtiyac
olduqda
psixo-nevroloji və fiziki inkişafın xüsusiyyətləri:
danışıq, qamət, eşitmə, görmə,
dişlərin çıxmasın-
da
defektlərin vaxtında
aşkar
edilməsi
antropomet-riya-ildə 1 dəfə,
nəcisin, qanın
ümumi
analizləri- ildə 1 dəfə, digər müayinələr
(göstərişə əsasən)
möhkəmləndirici və bərpaedici tədbirlər,
aşkar edilmiş
patologiyaların müalicəsi
1-3-cü
siniflər
həkim-pediatr, həkim-stomatoloq ildə 1 dəfə, digər
mütəxəssislər -ehtiyac olduqda
daxili
orqanların
vəziyyəti, fiziki
inkişafı, qamətin
əyilməsi, dişlərdə
kariyesin
əmələ gəlməsi, danışıqda defektin
aşkarlanması
antropomet-riyanın aparılması,
nəcisin qurd
yumurtasına yoxlanılması, digər müayi-nələr, o
cümlədən
Mantu
sınağı
(göstərişə əsasən)
ev və
məktəb
rejiminin
təşkili,
fiziki tərbiyə,
möhkəmləndirici tədbirlər, hərəkətli
oyunlar,
aşkar edilmiş
patologiyaların müalicəsi
1
2
3
4
5
4-cü
sinif
həkim-pediatr, həkim-oftalmoloq, həkim-nevropatoloq, həkim-stomatoloq,
həkim-otorinolarin-
qoloq, həkim-cərrahın
müayinəsi, digər mütəxəssislər -ehtiyac
olduqda
fiziki və
psixi inkişafın, görmə qabiliyyətinin və lor
orqanlarının
yoxlanılması, arterial təzyiqə nəzarət, qamətin əyilməsi,
zərərli adətlərin olub-olmaması
antropomet-riyanın aparılması,
nəcisin qurd
yumurtasına yoxlanılması,
arterial
təzyiqin ölçülməsi
eynilə
5-6-cı
siniflər
həkim-pediatr, həkim-stomatoloqun müayinəsi, digər mütəxəssislər
-ehtiyac olduqda
daxili
orqanların
vəziyyəti, fiziki inkişafı, dişlərdə kariyesin əmələ
gəlməsi
qanın
ümumi analizi, nəcisin qurd yumurtasına yoxlanılması
eynilə
7-8-ci
siniflər
həkim-pediatr, həkim-oftalmoloq, həkim-otorinolarin-
qoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-nevropatolo-
qun
müayinəsi, digər mütəxəssislərin (həkim-mama-ginekoloq, həkim-endokrinoloq və həkim-dermatoveneroloq)
müayinəsi
fiziki və
psixi inkişafın, görmə qabiliyyətinin və lor
orqanlarının yoxlanılması, arterial təzyiqə nəzarət,
qamətin əyilməsi, zərərli adətlərin
olub-olmaması, cinsi
inkişafa nəzarət
qanın
ümumi
analizi,
arterial təzyiqin ölçülmə-
si,
flüoroqrafik müayinə və
Mantu
sınağı
(göstərişə əsasən)
sanitariya-gigiyena, əmək və dərs rejiminə, fiziki tərbiyəyə
nəza-
rət,
ağız boşluğunun
sanasiyası
1
2
3
4
5
(göstərişə əsasən), yeniyetmə
kabinetinə keçirilmə-
sinə
hazırlıq
9-11-ci
siniflər
yeniyetmə həkimi, həkim-oftalmoloq, həkim-otorinolarin-
qoloq, həkim-cərrah
və həkim-nevropato-
loqun
baxışı ildə 1 dəfə, 15-18 yaşlı
qızlara ginekoloji müayinə
(göstərişə əsasən), digər mütəxəssislər
-ehtiyac olduqda
antropometriyanın aparılması, arterial təzyiqin ölçülməsi,
fiziki inkişafa nəzarət, görmə qabiliyyətinin
yoxlanma-
sı,
cinsi inkişafa nəzarət
qanın
ümumi analizi,arterial təzyiqin ölçülməsi,
flüoroqrafiya müayinəsi və Mantu sınağı
(göstərişə əsasən)
eynilə
2.
Dispanserizasiyanın keyfiyyət standartları
2.1.
Dispanserizasiyanın keyfiyyət standartları
aşağıdakı göstəricilərlə müəyyənləşdirilir:
2.1.1. icbari dispanserizasiyadan keçiriləcək
uşaqların sayına nisbətdə dispanserizasiyadan
keçmiş uşaqların sayı;
2.1.2. icbari dispanserizasiyadan keçmiş
uşaqların sayına nisbətdə xəstəlik
aşkar olunan uşaqların sayı;
2.1.3. dispanser nəzarətində olan xəstələrin
tibb müəssisəsinə ortaillik müraciətlərinin
sayı;
2.1.4. sağalma ilə dispanser qeydiyyatından
çıxan uşaqların sayının dispanser qeydiyyatında
olan uşaqların ümumi sayına olan nisbəti;
2.1.5. xəstə və xəstələnmə riski
olan uşaqların müalicə-sağlamlaşdırıcı
tədbirlərlə əhatə olunması;
2.1.6. il ərzində sağlamlıq vəziyyətinin
yaxşılaşmasına görə dispanser müşahidəsindən
çıxarılan uşaqların sayı;
2.1.7. il ərzində sağlamlıq vəziyyətinin yaxşılaşmasına görə
daha yüngül sağlamlıq qrupuna keçirilən
uşaqların sayı;
2.1.8. il ərzində həkim nəzarətindən
kənarda qalan dispanser qeydiyyatında olan uşaqların
sayı.
________________
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109
nömrəli qərarı ilə təsdiq edilmişdir
3 nömrəli
əlavə
Xəstə
və xəstələnmə riski olanuşaqlar
üçün müalicə-sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməsi
Q A Y D A S
I
1. Bu Qayda
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikası Qanununun 7.6-cı maddəsinə əsasən
hazırlanmışdır və xəstə və xəstələnmə
riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməsi qaydasını
müəyyən edir.
2. Xəstə
və xəstələnmə riski olan uşaqlar
üçün müalicə-sağlamlaşdırıcı
tədbirlər icbari dispanserizasiyanı həyata keçirən
dövlət tibb müəssisəsi tərəfindən təşkil
olunur.
3.
Profilaktik müayinələrin nəticələrinə əsasən
uşaqlar aşağıdakı sağlamlıq qruplarına
bölünürlər:
3.1. I qrup
– sağlamlığın bütün əlamətlərinə
görə qüsursuz, sağlam uşaqlar: müayinə
dövründə xəstələnməyənlər, həmçinin
sağlamlığa təsir etməyən və
korreksiyası tələb olunmayan kiçik qüsurlara malik
olanlar;
3.2.II qrup - xəstələnmə riski olan, xəstəliyə
meyilli uşaqlar: orqan və sistemlərin morfoloji yetkinliyinin dərəcəsi
ilə bağlı funksional qüsurları,
ağırlaşmış mamalıq və ginekoloji anamnezi
olan, tez-tez xəstələnən və ya reabilitasiya
dövrü qeyri-qənaətbəxş keçmiş, bir
ağır xəstəlik keçirmiş biryaşlı
uşaqlar;
3.3. III
qrup - xroniki patologiyası kompensasiya (nəzərəçarpan
kliniki əlamətlərlə müşayiət olunmayan xəstəliyin
gedişatı) vəziyyətində olan xəstə
uşaqlar;
3.4. IV
qrup - xroniki patologiyası subkompensasiya (hissəvi kompensasiya) vəziyyətində
olan xəstə uşaqlar;
3.5. Vqrup
- xroniki patologiyası dekompensasiya (orqanlar sistemi və ya
orqanizmin müvazinətinin pozulması) vəziyyətində
olan xəstə uşaqlar.
4.
Sağlamlıq qrupuna uyğun olaraq hər bir xəstə və
xəstələnmə riski olan uşaq üçün dispanserizasiya
planı tərtib edilir.
5.
Dispanserizasiya planında mütəxəssislərin
baxışlarının və müayinələrin
dövriliyi, həmçinin xəstəliklərin
etiologiyası, patogenezi, kliniki əlamətləri və təsnifatından
asılı olaraq, hər bir uşaq üçün fərdi
qaydada aparılacaq müalicə-sağlamlaşdırıcı
tədbirlər müəyyən edilir.
6.
Dispanserizasiya planına
uyğun olaraq xəstə və xəstələnmə
riski olan uşaqların tibbi göstərişə əsasən
ambulator və ya stasionar müalicəsi təşkil olunur.
7.
Dispanser qeydiyyatında olan uşaqlar tibbi göstərişə
əsasən dispanserizasiyanı keçirən dövlət
tibb müəssisəsinin göndərişi əsasında
sanator-kurort müalicəsi ilə təmin edilirlər.
8. Xəstə
və xəstələnmə riski olan uşaqlarla
bağlı aparılan müalicə-sağlamlaşdırıcı
tədbirlər barədə məlumatlar “Uşağın
Dispanser Müşahidə Kartı”nda (AZS 030/u) qeyd olunur və
“Vətəndaşların Elektron Sağlamlıq Kartı
Sistemi”nə (VESKS-yə)
daxil edilir.
9.
Aparılan müalicə-sağlamlaşdırıcı tədbirlərin
nəticələri uşağın müalicə həkimi tərəfindən
qiymətləndirilir və sağlamlıq vəziyyətindən
asılı olaraq, uşaq bu Qaydanın 3-cü hissəsində
göstərilən
müvafiq sağlamlıq qrupuna daxil edilir.
10.
Uşağın sağlamlıq vəziyyətindən
asılı olaraq, dispanserizasiya planında dəyişikliklər edilərək,
müalicə-sağlamlaşdırıcı tədbirlər
davam etdirilir.
________________
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109
nömrəli qərarı ilə təsdiq edilmişdir
4 nömrəli əlavə
Dispanserizasiyatədbirlərininmaliyyələşdirilməsi
Q A Y D A S
I
1. Bu Qayda
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən
hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində
dövlət tibb müəssisələrində dispanserizasiya
çərçivəsində uşaqlarla bağlı
aparılan tədbirlərin dövlət büdcəsi vəsaiti
hesabına maliyyələşdirilməsini
müəyyən edir.
2.
Dövlət tibb müəssisələrində
uşaqların icbari dispanserizasiyası tədbirlərinin
maliyyələşdirilməsi Azərbaycan
Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş
və yerli xərclərinin “Səhiyyə” bölməsində nəzərdə tutulmuş vəsait
dairəsində həyata keçirilir.
3. Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi uşaqların
icbari dispanserizasiyasının həyata keçirilməsi ilə
əlaqədar növbəti illər üçün tələb
olunan xərclər barədə dəqiq hesablamaları
“Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq cari ilin iyul
ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim edir.
4. Uşaqların icbari
dispanserizasiyasının həyata
keçirilməsi ilə əlaqədar ayrılan vəsaitin
icrasının monitorinqi Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən aparılır.
Azərbaycan.-2014.- 1 may.- S.2.