Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə
heyəti Braziliyada işgüzar səfərdə
olmuşdur
Braziliya
Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvəti
ilə aprelin 28-29-da Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin nümayəndə heyəti bu ölkədə
işgüzar səfərdə olmuşdur.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, səfər çərçivəsində Braziliyanın
Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi
Dəniz Qüvvələri komandanlıqlarında, eləcə
də Müdafiə Sənayesi Katibliyində görüşlər
keçirilmiş, tərəflərin müdafiə
qurumları arasında hərbi, hərbi-texniki, hərbi təhsil
və digər sahələrdə əməkdaşlığın
perspektivləri barədə fikir mübadiləsi
aparılmış və əsas istiqamətləri müəyyən
edilmişdir.
Azərbaycan.-2014.- 1 may.- S.4.