Bakıda keçirilən Beynəlxalq İdman Mətbuatı
Assosiasiyasının 77-ci konqresi
başa çatmışdır
“JW
Marriott Absheron Baku” mehmanxanasında keçirilən Beynəlxalq
İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci
konqresi aprelin 30-da başa çatmışdır.
AzərTAc
xəbər verir ki, konqresin sonuncu günündə əvvəlcə
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) aparat rəhbəri Josen
Farber təqdimatla çıxış etmişdir. J.Faber
BOK-un tarixi və fəaliyyəti barədə məlumat
vermiş, Olimpiya dəyərlərinin mahiyyətindən
danışmış, Olimpiya Oyunlarının təşkili
haqqında fikirlərini bildirmişdir.
Sonra
2015-ci ildə Koreya Respublikasının Kvanju şəhərində
keçiriləcək Yay Universiadasının təqdimatı
keçirilmişdir. “Kvanju-2015”in baş katibi Kim Yun-Suk
yarışa hazırlıqla bağlı məlumat vermişdir.
AİPS-ə
üzvlük üçün müraciət etmiş ölkələrin
qəbulu ilə bağlı aparılan müzakirələrdən
sonra Tunis, Türkmənistan, Malavi və Makedoniyanın quruma
üzv olduqları elan edilmişdir. Həmin ölkələrin
nümayəndələri çıxışlarında
AİPS-in fəaliyyətində yaxından iştirak edəcəklərini
bildirmişlər.
Daha
sonra AİPS-in prezidenti Canni Merlo qanunsuz mərc oyunları ilə
bağlı aparılan mübarizədən, idmanda korrupsiya, o
cümlədən futbolda oyun alqı-satqısı ilə əlaqədar
mənfi halların doğurduğu nəticələrdən
danışmışdır.
Konqresin sonunda qətnamə qəbul olunmuşdur. Qətnamədə irimiqyaslı idman yarışlarında jurnalistlərin
qeydiyyatı məsələsinin
asanlaşdırılması və onun yolları
əksini tapmışdır.
Qətnamə Beynəlxalq Olimpiya
Komitəsinin prezidenti
Tomas Baxa ünvanlanmışdır.
Sonda xatirə
şəkli çəkdirilmişdir.
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Bakıda
keçirilən 77-ci konqresi
işini başa çatdırmışdır.
Azərbaycan.-2014.-
1 may.- S.8.