Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Bildirildi ki, burada iki fəvvarə kompleksi yaradılmışdır. Abidənin ətrafı mərmərlə üzlənmiş, geniş yaşıllaşdırma işləri həyata keçirilmişdir.

 

Azərbaycan.-2014.- 2 may.- S.1.