Azərbaycan Prezidenti
İlham Əliyev Ağdaş Rayon İcra
Hakimiyyətinin yeni inzibati
binasının açılışında iştirak
etmişdir
Azərbaycan Prezidenti İlham
Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati
binasının açılışında iştirak
etmişdir.
Son
illər Azərbaycanın bütün bölgələri
sürətli inkişaf dövrünü yaşayır. Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin
yaşayış səviyyəsi yaxşılaşır. Həmçinin
bölgələrdə geniş abadlıq-quruculuq işləri
aparılır. Prezident İlham Əliyevin sərəncam v
göstərişləri ilə regionlarda həyata
keçirilən quruculuq işləri ilk növbədə həmin
bölgələrin inkişaf strategiyasına uyğun
aparılır. Tikilən binalar bölgələrin
simasına xüsusi yaraşıq verir, həm də
müasirləşən rayonların memarlıq quruluşuna əlavə
çalarlar qatır. İndi bütün rayonlarda davam edən
abadlıq-quruculuq işləri ölkəmizin kompleks
inkişafını təmin edir. Bu sırada son illərdə
Ağdaş rayonunda görülən işlər də diqqəti
cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində
görülən tədbirlər sırasında icra hakimiyyəti
üçün yeni tikilən binada yaradılan şərait
bir məqamı təsdiqləyir ki, ölkədə dövlət
idarəçiliyi sistemi işinin
stimullaşdırılması diqqət mərkəzində
saxlanılır. Dörd mərtəbədən ibarət bina
bütün lazımi avadanlıq və sistemlərlə təchiz
edilmişdir. Binadakı otaqların hamısı müasir tələblər
səviyyəsində qurulmuşdur. Burada, həmçinin
iclas, konfrans zalları, arxiv, rabitə və xüsusi rabitə
otaqları, yeməkxana, qaraj yaradılmışdır.
Dövlətimizin
başçısına məlumat verildi ki, binanın
inşasına 2012-ci ilin avqustunda başlanılmış və
bu ilin aprelində başa çatdırılmışdır.
Tikinti işləri ən yüksək səviyyədə
aparılmışdır. Binanın interyeri zövqlə tərtib
olunmuşdur. Foyedə ulu öndər Heydər Əliyevin
büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
ölkəmizin tərəqqisində fəaliyyətini əks
etdirən fotoguşələr yaradılmışdır.
Fotoguşələrdə Ümummilli Liderin və Prezident
İlham Əliyevin Ağdaş rayonunda müxtəlif illərdə
keçirilən tədbirlərdə iştiraklarını əks
etdirən şəkillər vardır.
Azərbaycan
Prezidenti otaqlarda yaradılan şəraitlə tanış
oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində
qurulmuşdur. Burada, həmçinin müasir idarəetmə
metodlarından istifadə etmək üçün
bütün texniki şərait yaradılmışdır. Bu
da icra strukturunun işinin daha mükəmməl qurulmasına
kömək edəcəkdir. İnzibati binada sakinlərlə
və yerli icra nümayəndələri ilə videokonfrans təşkil
etmək üçün zal vardır. Bütün bunlar icra
hakimiyyətinin əməkdaşlarının səmərəli
fəaliyyət göstərməsi və sakinlərin
rahatlığının təmin olunması məqsədi ilə
yaradılmışdır.
Konfrans zalı
da ən son texnologiyalar əsasında
qurulmuşdur. Müasir standartlara cavab
verən texnologiyalar əsasında qurulmuş
100 yerlik akt zalında rayon və respublika əhəmiyyətli
tədbirlər keçiriləcəkdir.
Yeni binada, həmçinin operativ idarəetmə mərkəzi də yaradılmışdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək
onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı
və digər məsul şəxslərlə
birbaşa videoəlaqə
yarada biləcəklər.
Artıq
rayonun bəzi icra nümayəndəlikləri
şəbəkəyə qoşulmuşdur.
Binanın yerləşdiyi ərazidə
geniş yaşıllaşdırma
işləri görülmüş,
müasir işıqlandırma
sistemi qurulmuşdur.
Prezident
İlham Əliyev görülən işlərdən
razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə
bağlı tapşırıq
və tövsiyələrini
verdi.
Azərbaycan.-2014.-
2 may.- S.2.