Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun
açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
Ağdaş rayonuna səfərə gəlmişdir
Mayın
1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolunun açılışı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir.
Son
on ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş
verən əsaslı dəyişikliklər regionlarda da
özünü büruzə verməkdədir. Ölkə ərazisində
beynəlxalq əhəmiyyətli magistral yollar müasir
standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur.
Paytaxt Bakının və rayon mərkəzlərinin
küçə və yolları əsaslı surətdə
abadlaşdırılır.
Prezident
İlham Əliyevin sərəncam və göstərişlərinə
əsasən indi diqqət regionlarda kənd və qəsəbələri,
həmçinin yaşayış məntəqələrini
birləşdirən daxili yolların təmirinə yönəldilmişdir.
Bu tədbirlər iqtisadiyyatımızın getdikcə
güclənməsinin göstəricisi olmaqla yanaşı,
dövlətimizin ölkənin istənilən nöqtəsində
yaşayan vətəndaşlara göstərdiyi qayğı və
diqqəti əks etdirir. Bu proses Ağdaş rayonunda da
geniş vüsət almışdır. Rayondakı Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolu tamamilə yenidən qurulmuşdur.
Dövlətimizin
başçısı yolun texniki göstəricilərini əks
etdirən stendə baxdı.
Məlumat
verildi ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı
yenidən qurulmasına ötən ilin iyununda
başlanılmışdır. Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir
və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət
göstərəcəkdir.
Azərbaycan
Prezidenti yolun rəmzi açılışını bildirən
lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.
Sonra
Prezident İlham Əliyev sakinlərlə
görüşdü.
Sakinlər
dövlətimizin başçısına minnətdarlıqlarını
çatdırdılar.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2014.- 2 may.- S.4;5.