Azərbaycan-İsrail əlaqələri
yüksələn xətlə inkişaf edir
Mayın
1-də Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə
səfərdə olan “İsrail Bizim Evimizdir”
Partiyasının gənclər təşkilatının
nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə iki ölkə
arasındakı yüksək səviyyəli münasibətlərdən
danışan B.Muradova Azərbaycan ilə İsrail
arasındakı əlaqələrin tarixi köklərə
söykəndiyini demişdir. O, bildirmişdir ki, münasibətlərin
belə yüksək səviyyədə olmasında xalqlarımızın
çox böyük rolu vardır. Qeyd edilmişdir ki, Azərbaycan
xalqı müxtəlif xalqların nümayəndələri
ilə dostluq şəraitində yaşayır.
Eyni
zamanda, qonaqların diqqətinə
çatdırılmışdır ki, tolerantlıq Azərbaycan
xalqının xarakteridir və dövlətimizin əsas siyasətidir.
Azərbaycan çoxmillətliliyi özünün zənginliyi
hesab edir.
Görüşdə
bildirilmişdir ki, iki ölkənin partiyaları və
icmaları arasındakı münasibətlər də
çox yüksək səviyyədədir. “İsrail Bizim
Evimizdir” Partiyasının Gənclər Birliyi ilə Yeni Azərbaycan
Partiyasının Gənclər Birliyinin birgə əməkdaşlığı
hər iki ölkənin gənclərini bir-birinə daha da
yaxınlaşdırmağa xidmət edir.
Nümayəndə
heyətinin rəhbəri Rabin Kiril Azərbaycanda keçirdikləri
görüşlərdən məmnunluqla
danışmışdır. İki ölkə
arasındakı əlaqələrin yüksələn xətlə
inkişaf etdiyini deyən qonaq gənclər arasındakı əlaqələrin,
birgə reallaşacaq layihələrin ölkələrin
münasibətlərin daha da genişləndirilməsinə
öz töhfəsini verəcəyini
vurğulamışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
müzakirə edilmişdir.
Azərbaycan.-2014.- 2 may.- S.6.