«Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci
bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda fəaliyyət göstərən diplomatik
nümayəndəliklərində qulluq edən şəxslərin
icbari sığortası haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 506; 2006, ¹ 3, maddə 223;
2007, ¹ 6, maddə 560; 2008, ¹ 6, maddə 462, ¹ 11, maddə 960)
aşağıdakı dəyişikliklər edilsin:
1.
2-ci maddədə "Azərbaycan Respublikasının
Mülki Məcəlləsi, "Diplomatik xidmət
haqqında", "Sığorta fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının qanunları ilə,
bu Qanunla" sözləri "bu Qanunla, "İcbari
sığortalar haqqında" Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının
Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti
haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının qanunları ilə" sözləri ilə
əvəz edilsin;
2.
aşağıdakı məzmunda 9.7-ci maddə əlavə
edilsin:
"9.7.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində
qulluq edən şəxslərin icbari sığortası
üzrə işlərin aparılması xərclərinə
ayırmalar müvafiq sığorta haqlarının 10 faizi
miqdarında müəyyən edilir.";
3. 10.2-ci
maddə ləğv edilsin;
4.
11.1.1.2-ci maddədən "notariat qaydasında təsdiq
olunmuş" və 11.1.2.1-ci maddədən "notariat
qaydasında təsdiq edilmiş" sözləri
çıxarılsın;
5.
12.2-ci maddədə "qanunvericiliyinə uyğun olaraq"
sözləri "Mülki, İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda" sözləri ilə əvəz edilsin;
6.
13-cü maddədə "mübahisələr"
sözündən sonra "Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş qaydada, o
cümlədən" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 aprel
2014-cü il
Azərbaycan.-2014.- 4 may.- S.1.