Sözün ucalığını
and yeri biləndə...
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür
Öncə bu günün təsis olunduğu tarixi xatırlayaq:
1993-cü ilin may ayının
3-də BMT Baş Assambleyası
belə bir qərar qəbul edib. Bu sənəd
beynəlxalq arenada qəbul olunandan sonra Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi
konsepsiyası praktik olaraq daha da
genişləndirildi.
Milli mətbuatın 135 illik yubileyinin təntənəli
keçirilməsi, kütləvi
informasiya vasitələrinə
birdəfəlik maliyyə
yardımının verilməsi,
mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin
Ehtiyat Fondundan vəsaitin ayrılması
bu sahəyə diqqət və qayğının nəticəsidir.
Onu da qeyd edək
ki, mətbuat işçiləri üçün
dövlət hesabına
yeni mənzillərin tikilməsi dünya praktikasında analoqu olmayan bir hadisədir.
2010-cu ilin dekabrında
həmin binanın tikintisi üçün paytaxtda torpaq sahəsi ayrıldı və mətbuat işçilərinin peşə
bayramı günündə
- iyulun 22-də 17 mərtəbəli,
156 mənzilli bina jurnalistlərin istifadəsinə
verildi. Həmin mənzillərin paylanması
mərasimində Prezident
İlham Əliyev bu ənənənin gələcəkdə də
davam edəcəyini bildirmişdi: "Mətbuat
işçiləri ilə
görüşlərimin birində
jurnalistlər tərəfindən
irəli sürülmüş
bu təşəbbüsə
dərhal dəstək
verdim və qısa müddət ərzində belə gözəl, yaraşıqlı
bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə
böyük bir kompleks yaradılacaq..."
Onu da qeyd edək
ki, bu binada
mənzil alan
jurnalistlərin siyasi baxışları üst-üstə
düşməsə də,
heç bir ayrı-seçkiliyə, fərqli
münasibətə yol
verilmir. Dövlətin başlıca məqsədi
cəmiyyətdə sağlam
mühit, şəffaf
ab-hava yaratmaqdır.
Əsas prinsip, başlıca meyar jurnalistlərin peşəkarlığı və
sağlam mövqeyidir.
Bu şərtləri əsas meyar hesab edən Azərbaycan Prezidenti mətbuat işçiləri
üçün növbəti
yaşayış evinin
tikintisinə də vəsait ayrılması üçün sərəncam
verib. Məbləğ də bəllidir
- ilkin olaraq 5 milyon manat vəsait
nəzərdə tutulub.
Əlbəttə, bütün bunlar jurnalistlər qarşısında
ciddi məsuliyyət qoyur. Bütövlükdə Azərbaycan jurnalistikası
öz xalqına, dövlətçiliyinə bağlı
olmalı, milli təəssübkeşlik nümunəsi
göstərməlidir. Açığını deyək ki,
bəzən bu prinsiplər bilərəkdən
və qəsdən pozulur, siyasi baxışlarda fərqli mövqe üzə çıxır. Əlbəttə, heç kəs fərqli düşüncəni
yasaq saymır. Bu şərtlə ki, dövlətçiliyin
təməl prinsiplərinə
zərrə qədər
də xələl gəlməsin.
Bəzi jurnalistlər baxışlarında
o qədər məhdud
çərçivəyə qapanırlar ki, hətta onların əməlləri casusluq ittihamı ilə mühakimə olunur. Bu millətin çörəyini
yeyən, halal suyunu içən, hər cür imtiyazlarla əhatələnən
adamların cızma-qarası
hələ bitkin jurnalistika deyil. Belə dayaz düşüncənin
arxasında, olsa-olsa, əxlaqın və mənəvi enerjinin iflici dayanır. Məhdud düşüncəli adamlara
yerli-yersiz tribuna verilməsi milli dəyərlərə açıq-aşkar
xəyanətdir. Haqlı olaraq
deyirlər ki, dünyada hər kəsin ağıldan böyük mənəvi sərvəti yoxdur. Əgər bu şüurun, təfəkkürün məhsulu
öz xalqına qarşı yönəlibsə,
hətta casusluq əməlinə çevrilibsə,
bunun heç bir güzəşti yoxdur.
Bu gün cəmiyyətdə
ciddi sosial təmizləmə prosesi gedir. Elə Azərbaycan mediasının
da ən əsas keyfiyyət göstəricisi taleyüklü
problemlərdə təəssübkeşliklə
iştirak etməkdir.
Ölkə başçısının dediyi kimi, bu,
sadəcə olaraq bir şüar, bir söz deyil,
bu, zərurətdir.
Bu gün Azərbaycanda
mətbuatın özünütəmizləmə
prosesi ardıcıllıqla
davam edir. "Reket jurnalistika"ya
qarşı barışmaz
və qətiyyətli
mövqe bir daha sübut edir ki, ictimai
qınaq və məzəmmət sınanmış
üsul kimi geniş tətbiq olunur.
Mətbuat Şurasının bəzi
qəzetləri "reket"
elan etməsi islahedici tədbirlər kimi dəyərlidir. Mətbuatın başlıca prinsipləri
- qərəzsizlik, obyektivlik
kimi vacib şərtlər pozulanda istər-istəməz doğru
yalana qarışır.
Və belə bir deyim də
var ki, bu
geniş dünyanın
qapılarından doğruya
qoşulub yalan da ötür...
Bəzən iş o yerə
gəlib çatır
ki, ayrı-ayrı dövlət məmurlarının,
ictimai-siyasi xadimlərin,
lap elə sıravi vətəndaşların şərəf
və ləyaqətinə
toxunan yazılar baş alıb gedir. Əlbəttə, belə qəzetlər
və yazarlar üçün milli maraqları qorumaq cəhdi yox dərəcəsindədir. Doğrudur, şərəf və ləyaqətin, işgüzar
nüfuzun ləkələnməsi,
zədələnməsi cəzasız
qalmır. Əslində
bu cəmiyyətdə
o qədər dəyərli,
maraqlı mövzular var ki... Tarixdə şərəfli
ölümü ləyaqətsiz
yaşamaqdan üstün
tutan adamlar çoxdur. Biz vətənimizin
belə övladlarını
daha geniş arenada tanıtmaq üçün jurnalist axtarışlarımızı cəsarətlə davam etdirməliyik...
Əgər jurnalist bilərəkdən
və qəsdən ucuz sensasiya həvəskarına çevrilməyə
cəhd edirsə, qrammofon valı kimi kimlərinsə təhriki ilə dillənirsə, onda bütün dəyərlər
pozulur. Söz və mətbuat
azadlığından öz
məqsədləri üçün
istifadə edənlər
bəşəri dəyərləri,
medianın təməl
prinsiplərini unudur, dayaz mövqe sərgiləyirlər. Bir də
unudurlar ki, hər bir vətəndaşın
şərəf və
ləyaqətinin qorunmasına
baş təminatçı
dövlətdir. Heç
də təsadüfi deyil ki, bu
günlərdə Bakıda
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında
çıxışı zamanı
Azərbaycan Prezidenti azad medianın inkişafından inamla danışıb: "Bu gün
mətbuat nümayəndələri
qarşısında çıxış
edərək bildirmək
istəyirəm ki, bizim ən böyük
nailiyyətlərimizdən biri medianın və mətbuatın azadlığıdır. Azad
internet bizim həyatımızın
tərkib hissəsidir.
Bu gün əhalimizin
70 faizindən çoxu
internet istifadəçisidir. Hökumət də Azərbaycanın
hər bir şəhərinə və
kəndinə genişzolaqlı
interneti gətirmək
üçün çoxlu
sərmayə yatırır.
Siyasi islahatlar iqtisadi islahatlarla dəstəklənir".
Əlbəttə, media azadlığı anlayışı
geniş məfhumdur. Siyasi baxışlar
toqquşa və ya üst-üstə düşə bilər.
Amma bütün polemikalar, müzakirələr, mübahisələr
əsl həqiqətin
üzə çıxmasına,
mətbuatın peşə-əxlaq
kodeksinin qorunmasına
xidmət etməlidir.
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 3 may.- S.7.