"Avtomobil
yollarının vahid dövlət reyestrinin yaradılması və
aparılması, habelə reyestrə daxil edilmiş məlumatların
verilməsi Qaydası"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 114 Bakı şəhəri,
25 aprel 2014-cü il
"Avtomobil
yolları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının
1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
"Avtomobil yollarının vahid dövlət reyestrinin
yaradılması və aparılması, habelə reyestrə
daxil edilmiş məlumatların verilməsi Qaydası" təsdiq
edilsin (əlavə olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 25 aprel tarixli 114 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Avtomobil
yollarının vahid dövlət reyestrinin yaradılması və
aparılması, habelə reyestrə daxil edilmiş məlumatların
verilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1.Bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinin
yeddinci hissəsinə əsasən
hazırlanmışdır və
avtomobil yollarının vahid dövlət reyestrinin
yaradılması və aparılması, habelə reyestrə
daxil edilmiş məlumatların verilməsi qaydasını
müəyyən edir.
1.2.
Avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra –
reyestr) mülkiyyət növündən və əhəmiyyətindən
asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları
əks etdirən dövlət informasiya ehtiyatıdır.
1.3. Reyestr Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi tərəfindən yaradılır və
aparılır.
1.4.
Reyestr kağız və elektron daşıyıcılarda
aparılır. Kağız daşıyıcı ilə
elektron daşıyıcıda olan məlumatlar arasında
uyğunsuzluq olduqda, kağız daşıyıcıda olan məlumatlara
üstünlük verilir.
1.5.
Elektron daşıyıcıda olan məlumatlar dövlət
reyestrinin məlumat bazasında qeydiyyata alınır.
2.
Reyestrin aparılması prinsipləri
2.1. Reyestr Azərbaycan Respublikasının dövlət
dilində aparılır.
2.2.
Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında
aparılır.
2.3.
Reyestrin formalaşdırılması, aparılması, istifadəsi
və orada saxlanılan məlumatların mühafizəsi
elektron texnologiyalar əsasında, qarşılıqlı məlumat
mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi vasitəsilə
həyata keçirilir.
2.4.
Qeydiyyat informasiya sistemi aşağıdakıları təmin
etməlidir:
2.4.1. informasiyanın məlumat bazasına operativ
daxil edilməsini, orada dəyişilməz, aydın şəkildə
oxunaqlı vəziyyətdə saxlanılmasını və
emalını;
2.4.2. məlumatların reyestrə daxil edilməsinin,
dəyişdirilməsinin və silinməsinin
qeydiyyatının aparılmasını;
2.4.3. digər aidiyyəti dövlət elektron
informasiya ehtiyatlarına inteqrasiya olunmasını.
2.5.
Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif
edilməsinin və qanunsuz əldə olunmasının
qarşısının alınması üçün onun
müdafiə sistemi yaradılır.
2.6.
Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə
olunması, təkmilləşdirilməsi və ondan səmərəli
istifadənin təmin edilməsi məqsədi ilə texniki
proqram kompleksinin formalaşdırılması və ona texniki
xidmətin göstərilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən
həyata keçirilir.
2.7.
Reyestrin qeydiyyat informasiya sistemində yalnız lisenziyalı
texniki proqram və sertifikatlaşdırılmış
mühafizə vasitələrindən istifadə edilir.
2.8. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
avtomobil yollarının vahid dövlət reyestrinin digər
aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına
inteqrasiya olunmasını təmin edir.
3.
Reyestrin yaradılması
3.1.
Reyestrə hər bir avtomobil yoluna dair
aşağıdakılar barədə məlumatlar daxil edilir:
3.1.1. avtomobil yolunun
mülkiyyətçisi və sahibi;
3.1.2. avtomobil yolunun
adı, indeksi, ünvan reyestri məqsədləri
üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən verilən nömrəsi və uzunluğu;
3.1.3. avtomobil yolunun xəritəsi;
3.1.4. avtomobil yolunun və onun sahələrinin
avtomobil yolları təsnifatına uyğunluğu;
3.1.5. avtomobil yolunun faktiki vəziyyəti;
3.1.6. avtomobil yolunun tutduğu torpaq sahəsi, yol
örtüyünün növü və vəziyyəti;
3.1.7. yol nişanlarının dislokasiyası.
3.2.
Avtomobil yolunun
mülkiyyətçisi və sahibi haqqında məlumatlara
aşağıdakılar daxil edilir:
3.2.1. avtomobil yolu
mülkiyyətçisinin və sahibinin adı;
3.2.2. avtomobil yolu
mülkiyyətçisinin və sahibinin ünvanı;
3.2.3. telefon və faks
nömrələri, elektron poçt ünvanı;
3.2.4. avtomobil yolu üzərində əşya
hüququnun əmələ gəlməsinin əsası olan sənədlərin
növü və rekvizitləri (adı, seriyası və
nömrəsi, verilmə tarixi, verən orqanın adı).
3.3.
Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlara
aşağıdakılar daxil edilir:
3.3.1. avtomobil yolunun dərəcəsi;
3.3.2. avtomobil yolunun istismara verildiyi tarix, o cümlədən
yolun ayrı-ayrı hissələri üzrə;
3.3.3. avtomobil yolunun hərəkət
zolaqlarının sayı;
3.3.4. avtomobil yolu ilə
kəsişmələr və
avtomobil yoluna giriş yolları.
3.4.
Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsində
bu Qaydaya əlavə edilmiş formada tərtib edilir (1 nömrəli əlavə).
3.5.
Avtomobil yolunun məlumat vərəqəsinin (bundan sonra-məlumat
vərəqəsi)
tərtib edilməsi və aparılması avtomobil yolunun mülkiyyətçisi
və sahibi olan hüquqi və ya fiziki şəxslər tərəfindən
kağız və elektron daşıyıcılarda olmaqla
yerinə yetirilir.
3.6. Məlumat
vərəqəsinə daxil edilmiş məlumatlar onların
mülkiyyətçisi, sahibi olan fiziki şəxs və ya
hüquqi şəxsin rəhbəri tərəfindən imza və
möhürlə (hüquqi şəxs üçün) təsdiq
edilir.
3.7. Məlumat
vərəqəsinin müvafiq sütununda məlumatlar
yazılmayıbsa, həmin yerdə “məlumat yoxdur”
yazılır.
3.8. Məlumat
vərəqəsində dövlət sirri təşkil edən
məlumatlar olduqda, həmin sətirlərin
qarşısında “məxfi məlumatlar” sözləri
yazılır.
4.
Reyestrin aparılması
4.1.
Reyestr əsas və arxiv bölmələrindən ibarətdir.
4.2.
Reyestrin əsas bölməsinə aşağıda göstərilən
sənədlər daxil edilir:
4.2.1. reyestrə daxil edilməsi üçün
göndərilən məlumat vərəqələrinin qeydiyyatı
jurnalı (bundan sonra - qeydiyyat jurnalı);
4.2.2. reyestrdən çıxarışların
qeydiyyatı jurnalı (bundan sonra -
çıxarışların qeydiyyatı jurnalı);
4.2.3. məlumat xəritələrinin və yolun
mülkiyyətçisi, sahibi tərəfindən təsdiq
edilərək məlumat vərəqəsinə əlavə
edilən surətlərin yerləşdiyi qovluq (bundan sonra -
qovluq). Avtomobil yolları haqqında məlumatların
yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi
verilir.
4.3. Reyestrin arxiv
bölməsinə avtomobil yolunun mülkiyyətçisi,
sahibi tərəfindən təsdiq edilərək göndərilmiş
məlumatlarda dəyişikliklər edilməsi nəticəsində
aktuallığını itirmiş və bu səbəbdən
reyestrin əsas bölməsindən arxiv bölməsinə
köçürülməsi tələb olunan işlər
daxildir. Arxiv bölməsinin hər bir
qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə
uyğun və “arxiv” sözü yazılmış nömrə
verilir.
4.4.
Reyestrin aparılması daimi əsaslarla
aşağıdakı ardıcıllıqla yerinə
yetirilir:
4.4.1. hər bir avtomobil yolu üzrə qovluğun tərtib
edilməsi və aparılması;
4.4.2. hər bir qovluğa yolun mülkiyyətçisi,
sahibi tərəfindən təsdiq edilmiş məlumat vərəqəsinin
yerləşdirilməsi;
4.4.3. dəyişilmiş məlumatların
qovluqdakı məlumat vərəqəsində nəzərə
alınması;
4.4.4. məlumat vərəqəsində xəritənin
qovluqdan götürülməsi və arxiv bölməsinə
keçirilməsi haqqında əsas göstərilməklə
dəyişikliklərin edilməsi;
4.4.5. dəyişikliklərin kağız və
elektron daşıyıcılarda aparılması.
4.5. Məlumat
vərəqəsi və ona əlavə olunan sənədlərin
təsdiq edilmiş nüsxələri hər bir avtomobil yoluna
aid reyestr qovluğunda saxlanılır. Qovluğa
reyestr nömrəsi verilir və tərtib olunduğu tarix
göstərilir. Məlumat vərəqəsində
sənədlərin reyestr qovluğuna qoyulması haqqında
tarix göstərilir. Bütün bu əməliyyatlar
qeydiyyat jurnalında qeyd edilir.
4.6.
Avtomobil yolunun mülkiyyətçisinə, sahibinə sənədlərin
qəbulu haqqında təsdiqedici sənəd verilir.
4.7.
Avtomobil yolları istismardan çıxarıldığı,
bir neçə yerə bölündüyü və ya bir
neçə yolun bir yol kimi birləşdirildiyi hallarda
avtomobil yolunun köhnə indeks nömrələrinə
uyğun qovluqlar
bağlanılır və reyestr arxiv bölməsinə
təhvil verilir. Reyestr qovluğunda qovluğun arxivə təhvil
verilməsi haqqında
sənədin əsası və tarixi göstərilir.
Yerinə yetirilən əməliyyatlar qeydiyyat
jurnalında da qeyd edilir.
4.8.
Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin
götürülməsi və ya məhv edilməsi
qadağandır. Reyestr qovluqlarının
daimi saxlanılması üçün dövlət arxivlərinə
verilməsi mövcud qanunvericiliyə uyğun aparılır.
4.9.
Reyestr kənar şəxslərin daxil olması mümkün
olmayan, məlumatların oğurlanmasının,
korlanmasının, dəyişikliklər edilməsinin
qarşısını almağa imkan verən xüsusi yerlərdə
saxlanılır.
4.10.
Elektron daşıyıcılarda olan reyestr məlumatlarının itirilməsinin
qarşısını almaq məqsədi ilə Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən
elektron daşıyıcılarda olan məlumatların ehtiyat
surətləri yaradılır və xüsusi yerlərdə
saxlanılır.
4.11.
Qeydiyyat jurnalının, çıxarışların qeydiyyatı
jurnalının elektron daşıyıcılarda
reyestr məlumatlarının yaradılması və onlarda dəyişikliklər
edilməsi qaydaları Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi tərəfindən müəyyən edilir.
5. Reyestrə
daxil edilmiş məlumatların verilməsi
5.1.
Dövlət və kommersiya sirri təşkil edən məlumatlar
istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən
reyestrdən çıxarış hər bir maraqlı şəxsə
qanunda nəzərdə tutulmuş qaydada verilir.
5.2.
Reyestrə daxil edilmiş məlumatların reyestrdən
çıxarış şəklində (2 nömrəli əlavə)
verilməsi (və ya reyestrdən çıxarışın
verilməsindən imtina edilməsi) bu haqda sorğu daxil
olduğu gündən 10 gün müddətində yerinə
yetirilir.
5.3.
Reyestrə daxil edilmiş məlumatların reyestrdən
çıxarış şəklində verilməsi (və
ya reyestrdən çıxarışın verilməsində
imtina edilməsi) barədə məlumatlar
çıxarışların qeydiyyatı jurnalında qeyd
edilir.
________________
“Avtomobil
yollarının vahid dövlət reyestrinin
yaradılması və aparılması, habelə reyestrə daxil
edilmiş məlumatların verilməsi Qaydası”na
1 nömrəli
əlavə
Avtomobil
yolunun məlumat vərəqəsi
1.
Avtomobil yolunun mülkiyyətçisi və sahibinin:
1.1. tam adı ___________________________________________________
_____________________________________________________________
1.2. ünvanı____________________________________________________
_____________________________________________________________
1.3.
telefon/faks nömrəsi_________________________________________
1.4. elektron poçt
ünvanı_________________________________________
1.5. əşya hüququnun əmələ gəlməsinin
əsası olan sənədlər______________
_____________________________________________________________
1.6. əşya hüququnun
adı_________________________________________
2.
Avtomobil yolunun adı və indeksi_______________________________
3.
Avtomobil yolunun
uzunluğu (km) ____________
4.
Avtomobil yolunun xəritəsi
5.
Avtomobil yolunun və ya onun sahələrinin təsnifat göstəriciləri________
_____________________________________________________________
6.
Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar:
6.1. avtomobil yolunun dərəcəsi
__________________________________
6.2. istismara verildiyi tarix_____, o cümlədən
ayrı-ayrı hissələri üzrə_____
_____________________________________________________________
6.3. avtomobil yolunun hərəkət
zolaqlarının sayı _____________________
6.4. avtomobil yolu ilə
kəsişmələr və
avtomobil yoluna giriş yolları_____ _____________________________________________________________
7.
Avtomobil yolunun tutduğu torpaq sahəsi, yol
örtüyünün növü və vəziyyəti
_____________________________________________________
_____________________________________________________________
8. Yol
nişanlarının
dislokasiyası___________________________________
9.
Əlavə edilən sənədlərin siyahısı
_________________________________
_____________________________________________________________
Məlumatlar
doğrudur:
Rəhbər_______________________________________________________
(mülkiyyətçinin və sahibin adı)
M.Y. _______________ ________________ ___________________
(tarix) (imza)
(soyadı, adı və
atasının adı)
Məlumat
vərəqəsi reyestrə daxil edilmişdir
M.Y. _______________ ________________ ___________________
(tarix) (imza)
(soyadı, adı və
atasının adı)
Məlumat
vərəqəsi arxivə verilmişdir _____________________________
(əsas)
M.Y. _______________ ________________ ___________________
(tarix) (imza) (soyadı,
adı və atasının adı)
________________
“Avtomobil
yollarının vahid dövlət reyestrinin
yaradılması və aparılması, habelə reyestrə daxil
edilmiş məlumatların verilməsi Qaydası”na
2 nömrəli
əlavə
Avtomobil
yollarının vahid dövlət reyestrindən
ÇIXARIŞ
“__”_______ 20__ il
¹_______
Bu
çıxarış
___________________________________________________
(avtomobil yolunun adı)
_____________________________________________________________
avtomobil
yolu haqqında məlumatları özündə əks etdirir
(avtomobil yolunun reyestr nömrəsi və verilmə
tarixi *)
Avtomobil yollarının vahid dövlət reyestrinə daxil edilmiş məlumatlar
Sıra
¹-si
Məlumatların adı **
Məlumatların təsviri ***
1.
2.
3.
Vəzifəli şəxs __________________________________________________
(struktur bölmənin tam adı)
__________________ ______________________
(imza) (soyadı, adı və atasının adı)
____________________________________________________________
*Avtomobil
yoluna reyestr nömrəsinin verildiyi gün, ay və ilin
son iki rəqəmi.
** Məlumatların
adı avtomobil yolunun məlumat vərəqəsinə
uyğun olaraq göstərilir.
*** Məlumatlar
olmayan sütunda “yox” sözü yazılır.
Azərbaycan.-2014.-
4 may.- S.2.