Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 115                   Bakı şəhəri, 29 aprel 2014-cü il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 7, maddə 661, ¹ 9, maddələr 857, 858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə 291, ¹ 4, maddə 370, ¹ 9, maddələr 819, 821, ¹ 10, maddələr 902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddələr 114, 129, 130, ¹ 9, maddə 853; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8, maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə 742; 2012, ¹ 2, maddə 180, ¹ 7, maddə 773) ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 71-ci hissəsi ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 4 may.- S.2.