İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Şimon
Peresə
Hörmətli
cənab Prezident,
İsrail
Dövlətinin milli bayramı – Müstəqillik günü
münasibətilə Sizi və xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
İnanıram
ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq
münasibətləri bundan sonra da inkişaf edərək
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 1 may 2014-cü il.
Azərbaycan.-2014.- 6 may.- S.3.