Tbilisi Beynəlxalq Aeroportunda qarşılanma

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammitində iştirak etmək üçün mayın 6-da Gürcüstana işgüzar səfərə gəlmişdir.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

 

Azərbaycan.-2014.- 7 may.- S.1.