Tbilisidəki Mirzə Fətəli Axundzadə
adına
Azərbaycan Mədəniyyəti
Muzeyi ilə tanışlıq
Azərbaycan Prezidenti İlham
Əliyevin Gürcüstana işgüzar səfəri
Mayın
6-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində
Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan
Mədəniyyəti Muzeyi ilə tanış olmuşdur.
Dövlətimizin
başçısına məlumat verildi ki, bina vaxtilə
Tiflisdə yaşayıb işləyən M.F.Axundzadənin
öz vəsaiti ilə inşa edilmişdir.
Gürcüstanın azərbaycanlı ziyalılarının
müraciətinə əsasən 1982-ci ildə binada
M.F.Axundzadənin ev-muzeyi yaradılmışdır. 1996-cı
ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi
səfərindən sonra bu mədəniyyət ocağı əsaslı
təmir olunmuş və həmin vaxtdan Azərbaycan Mədəniyyəti
Mərkəzi kimi fəaliyyət göstərmişdir.
2007-ci
ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən
Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi
statusu verilmişdir.
Bildirildi
ki, 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə
dəstəyi ilə Muzeydə əsaslı təmir və
yenidənqurma işləri həyata keçirilmişdir. Həmin
il mayın 8-də Muzeyin açılışı
olmuşdur.
Hazırda
Muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət
göstərir. Mərkəzdə xalçaçılıq,
musiqi, muğam, rəsm və dil kursları vardır. Muzeyin əsas
fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini,
xalqımızın mədəni irsini Gürcüstanda qoruyub
saxlamaq, təmsil və təbliğ etməkdir.
Muzey
Gürcüstanda fəaliyyət göstərən müxtəlif
muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə
aid milli dəyərlərimizi aşkarlayaraq tədqiq edir,
onların sərgilərini keçirir. Muzeydə mədəni
tədbirlər, konfranslar da təşkil olunur. Burada Mirzə
Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə
qurduğu “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini
davam etdirən “Müdriklər Məclisi”
yaradılmışdır.
Muzeyin
6 ekspozisiya zalı vardır. Bu zallarda Azərbaycanın milli
musiqi alətləri, geyimlər, xalq sənətinin müxtəlif
sahələrinə aid nümunələr, M.F.Axundzadənin həyat
və fəaliyyətini əks etdirən eksponatlar, onun şəxsi
əşyaları, müxtəlif dillərdə nəşr
olunmuş əsərlərinin üz qabıqlarının,
görkəmli Azərbaycan dramaturqu ilə sıx təmasda
olmuş şair və yazıçıların fotoşəkilləri,
o dövrdəki konsert afişalarının surətləri
nümayiş etdirilir.
Zallardan
biri Azərbaycan-Gürcüstan dostluğuna həsr
olunmuşdur. Burada Azərbaycan və Gürcüstan heykəltəraşlarının
xalqlarımızın dostluq münasibətlərini əks
etdirən əsərləri, Tbilisi şəhərində ulu
öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət
və istirahət parkının, M.F.Axundzadə adına məktəbin
və kitabxananın, Bakı şəhərindəki Tbilisi
prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri yer
almışdır.
Muzeydə
Tbilisi şəhərində yeganə olan Azərbaycan dilli
kitabxana fəaliyyət göstərir. Həmçinin binada
incəsənət qalereyası və “Müsyö Jordan”
kafe-kitabxanası yerləşir. Kafedə M.F. Axundzadənin
mumdan hazırlanmış heykəli qoyulmuşdur.
Azərbaycan.-2014.- 7 may.- S.1.