Azərbaycan Prezidenti
Tbilisidə ümummilli lider
Heydər Əliyevin abidəsini ziyarət
etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da
Tbilisidə Heydər Əliyev adına mədəniyyət və
istirahət parkında xalqımızın Ümummilli Liderinin
abidəsini ziyarət etmişdir.
Dövlətimizin
başçısı abidənin önünə gül dəstəsi
qoydu.
Azərbaycan
Prezidentinə parkda görülmüş işlər barədə
məlumat verildi.
Ulu
öndər Heydər Əliyevin adını daşıyan
park 2004-cü il iyunun 14-də Azərbaycan Prezidenti İlham
Əliyevin və Gürcüstanın sabiq Prezidenti Mixeil
Saakaşvilinin iştirakı ilə
açılmışdır. Parkın mərkəzində
ulu öndər Heydər Əliyevin abidəsi
ucaldılmışdır. Burada ilk ağac dövlətimizin
başçısı İlham Əliyev tərəfindən əkilmişdir.
2007-ci
ildə aparılmış təmir və yenidənqurma tədbirlərindən
sonra parkın ərazisində geniş abadlıq işləri
görülmüş, çoxlu sayda ağac və dekorativ
bitkilər əkilmiş, oturacaqlar qoyulmuşdur. Həmin il
mayın 12-də Prezident İlham Əliyev və
Gürcüstanın keçmiş Prezidenti Mixeil
Saakaşvili, o cümlədən iki ölkənin hökumət
üzvlərinin və deputatlarının, Tbilisidə akkreditə
olunmuş diplomatik korpusun təmsilçilərinin
iştirakı ilə Heydər Əliyev adına mədəniyyət
və istirahət parkının rəsmi
açılışı keçirilmişdir.
Diqqətə
çatdırıldı ki, parkın ümumi sahəsi bir
hektardır. Layihənin memarı F.Axundov, abidənin heykəltəraşı
isə Xalq Rəssamı Natiq Əliyevdir.
Azərbaycan.-2014.- 7 may.- S.1.