Prezident İlham
Əliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin
binasında yaradılan şəraitlə
tanış olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri
Mayın
6-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının
Gürcüstandakı səfirliyinin binasında yaradılan
şəraitlə tanış olmuşdur.
Azərbaycanın
Gürcüstandakı səfiri Azər Hüseyn dövlətimizin
başçısına məlumat verdi ki, səfirliyin
binası Gürcüstan Prezidentinin 2008-ci il 29 may tarixli əmri
ilə ayrılmış torpaq sahəsində inşa
edilmişdir. Binada bütün iş otaqları zəruri
avadanlıqla təchiz olunmuş, səfirliyin əməkdaşlarının
səmərəli fəaliyyəti üçün hər
cür şərait yaradılmışdır.
Səfirlik
kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu
otaqları, konfrans zalı, iclas otağı və iş
otaqları yerləşir. Heydər Əliyev zalında Ulu
Öndərin şərəfli həyat və fəaliyyətindən
bəhs edən şəkillər və kitablar
toplanmışdır. Burada Azərbaycan Respublikasının
dövlət bayramları və əlamətdar günlər
ilə bağlı müxtəlif tədbirlər
keçirilir. Səfirliyin inzibati binasının foyesində
ulu öndər Heydər Əliyevin büstü
ucaldılmışdır.
Azərbaycan.-2014.- 7 may.- S.1.