Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri

 

 

Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, Tbilisi Sammitinin münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırıldı. Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti vurğulandı.

 

Azərbaycan.-2014.- 7 may.- S.2.