Azərbaycan Prezidenti İlham Əliyevin
Gürcüstanın
Baş naziri İrakli Qaribaşvili ilə
görüşü
Azərbaycan
Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, mayın 6-da Tbilisidə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə
görüşü olmuşdur.
Görüşdə
Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli
münasibətlərin uğurlu inkişafından məmnunluq
ifadə olundu. Ölkələrimiz arasında energetika, nəqliyyat
və digər sahələrdə əməkdaşlığın
uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
edildi.
Azərbaycan.-2014.- 7 may.- S.3.