Səfər başa çatdı

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri mayın 6-da başa çatmışdır.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar

 

Azərbaycan.-2014.- 7 may.- S.3.