Azərbaycan
Respublikasının Prezidenti yanında
Bilik Fondunun təsis edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyillərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir.
Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu yaradılsın.
2. "Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi" təsdiq
edilsin.
3. Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun işçilərinin say həddi
20 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının
Nazirlər kabineti:
4.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
4.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.4. Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun xərclər smetasını,
ştat cədvəlini
və işçilərinin
aylıq vəzifə
maaşlarını bir
ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
4.5. Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin təşkili
ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini
həll etsin;
4.6. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
5. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına
alınmasını bir
ay müddətində təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 may 2014-cü il
Azərbaycan.-2014.-8 may.-S.2.