Azərbaycan-İtaliya əlaqələrinin
daha da
inkişafı
üçün böyük
potensial vardır
Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
mayın 7-də İtaliya Senatının müdafiə
komissiyasının sədri, Demokrat Partiyasının
üzvü Nikola Latorrenin başçılıq etdiyi
nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan
və İtaliya arasında əlaqələrin sürətlə
inkişaf etdiyini demişdir.
İtaliyanın
Avropada Azərbaycanın əsas tərəfdaşlarından
biri olduğunu deyən Milli Məclisin sədri ölkələrimiz
arasında ticarət dövriyyəsinin ildən-ilə
artdığını diqqətə çatdırmışdır.
Oqtay
Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
oynadığı mühüm roldan
danışmışdır. Bildirilmişdir ki, Azərbaycan
qazının Avropaya nəqlini həyata keçirmək
üçün ötən ilin sonunda Bakıda “Şahdəniz-2”
üzrə yekun investisiya qərarı imzalanmışdır.
Sədr qeyd etmişdir ki, Trans-Adriatik boru kəmərinin (TAP)
istifadəyə verilməsi ilə Avropaya yeni qaz dəhlizi
açılacaqdır.
Oqtay
Əsədov hər iki ölkənin qanunverici orqanlarında
dostluq qruplarının fəaliyyət göstərməsini
yüksək qiymətləndirmişdir.
Nikola
Latorre Azərbaycan və İtaliya arasında möhkəm
dostluq əlaqələrinin olduğunu bildirmişdir. Ölkələrimiz
arasındakı iqtisadi əməkdaşlığa toxunan
N.Latorre mövcud əlaqələrin daha da inkişaf etdirilməsi
üçün böyük potensialın olduğunu diqqətə
çatdırmışdır.
Qonaq
Azərbaycanın mürəkkəb geosiyasi mövqedə yerləşməsinə
baxmayaraq, sabit ölkə olduğunu və müdrik siyasət
yeritdiyini qeyd etmişdir.
Trans-Adriatik
boru kəməri ilə bağlı fikirlərini
bölüşən Nikola Latorre bu layihənin
reallaşması istiqamətində görülən işləri
yüksək qiymətləndirmişdir.
Azərbaycan.-2014.-8 may.-S.3.