Heydər Əliyev Fondu əməkdaşlarının «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Əhmədova Tamilla Tofiq qızı

Əliyeva Afət Əlixan qızı

İsmayılova Pərvinə Fəzail qızı

Quluzadə Ramin Namiq oğlu

Mehdiyeva Məhəbbət İsa qızı

Mustafayev İlqar Əziz oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2014-cü il

Azərbaycan.- 2014.- 11 may.- S.3.