Aqrar inkişafın banisi

 

Ömrünün ən mənalı anlarını xalqının gələcəyinə həsr etmiş, Azərbaycanın sosial-iqtisadiictimai-siyasi həyatında böyük uğurlara imza atmış, uzaqgörən siyasəti, gərgin fəaliyyəti sayəsində ölkəmizi dünya ölkələri arasında yüksək zirvələrə qaldırmış Heydər Əliyev müdrikliyi ilə ümummilli liderlik ucalığına yüksəlmişdir. Azərbaycan tarixinin bütöv bir qərinəsi ümummilli liderin adı ilə bağlıdır. Yaxın keçmişimizə nəzər yetirsək, bunun heç də təsadüfü olmadığını görərik.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa edərək çoxəsrlik tarixinin yeni mərhələsinə qədəm qoydu. Bundan sonrakı ilk vaxtlarda sovetlər birliyinə daxil olan digər respublikalar kimi ölkəmizdə də iqtisadiyyat dərin tənəzzülə uğramış, sənaye müəssisələrinin əksəriyyəti fəaliyyətini məhdudlaşdırmış, kənd təsərrüfatı məhsullarının istehsalı azalmışdı.

Yeni iqtisadi sistemə keçdikdən sonra iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, aqrar sahədə də islahatların aparılması zərurəti yaranırdı. Ölkəmizdə bu istiqamətli islahatlar ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra həyata keçirilməyə başlandı. O islahatlar ki, Azərbaycanın müstəqilliyinə güc qatacaq, gələcək inkişafına təkan verəcək, qeyri-neft sektorunda ixracatın artımına, ən əsası isə əhalinin sosial rifahının yüksəlməsinə səbəb olacaqdı. Bu gün ulu öndər Heydər Əliyevin Azərbaycanın aqrar sahəsinin inkişaf tarixində islahatçı lider portretini yaratmaq, iqtisadiyyatın bu sahəsində xalqımız üçün gördüyü işlərə tam şəkildə işıq salmaq üçün təkcə onun ikinci dəfə hakimiyyətdə olduğu müddəti deyil, daha əvvəldən, 45 il öncədən başlayaraq, onun tərəfindən irəli sürülən, bu sahənin sürətli inkişafını təmin etmiş sistemlikompleks tədbirləri yada salmaq lazımdır.

Ulu öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi dövrdə xalq təsərrüfatının ayrı-ayrı sahələrində, ələlxüsus ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olan kənd təsərrüfatında vəziyyət acınacaqlı idi. Bu sahədə əldə edilən nəticələr səkkizinci beşillikdə nəzərdə tutulmuş göstəricilərdən xeyli geridə qalırdı. Kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən tədbirlər görülsə də, atılan addımlar səmərə vermir, vəziyyət qeyri-qənaətbəxş olaraq qalırdı.

23 iyul 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qəbul etdiyi "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar respublikada kənd təsərrüfatı istehsalının inkişafında müstəsna rol oynadı. Kənd təsərrüfatı respublika iqtisadiyyatında mühüm çəkiyə sahib olmağa başladı. Bitkiçilik məhsulları səkkizinci beşilliyə (1966-1970) nisbətən 1971-1975-ci illərdə 145 faiz, heyvandarlıq məhsulları119 faiz artdı. Ümumi kənd təsərrüfatı məhsulu istehsalını götürsək, artımın 134 faiz olduğunu görərik. 1981-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının qurultayında respublika kənd təsərrüfatının 1971-1975-ci illərdəki inkişafına belə qiymət vermişdir: "Görülmüş işlərin başlıca yekunu zənnimizcə bundan ibarətdir ki, biz bütün kənd əməkçilərini kənd təsərrüfatı istehsalının geriliyinə son qoymaq uğrunda mübarizəyə qaldırmağa, onların əmək və fəallığını artırmağa, bu inkişafın reallığına və sarsılmazlığına onlarda inam oyatmağa nail olmuşuq. Kəndlərdə yüksək məsuliyyət əhval-ruhiyyəsi yaradılmış, kənd təsərrüfatının sürətli inkişafına hamıda maraq oyanmışdır. Cəsarətlə demək olar ki, 1971-75-ci illər respublikanın kənd təsərrüfatının inkişafında mühüm tarixi dönüş nöqtəsi olmuşdur. Kənd təsərrüfatının uzun sürən geriliyinə son qoyulmuş, bütün sahələrinin əsaslı yüksəlişi təmin edilmiş, kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək üçün möhkəm təməl yaradılmışdır".

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı (Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" (1970), "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" (1975), "Azərbaycan SSR-də irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında" (1976) və "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" (1979) tarixi qərarın köməyi ilə ölkədə kənd təsərrüfatının maddi bazasının genişləndirilməsinə əsaslanan təsərrüfatçılıq üsullarından daha səmərəli istifadə edilməyə başlandı. Bununla yanaşı, torpaq fondunun intensiv yollarla mənimsənilməsi gücləndirildi. Səmərəli əkinçilik sistemlərinin, yeni texnika və texnologiyaların tətbiqi, növbəli əkinçilik sisteminin genişləndirilməsi, kənd təsərrüfatına yararlı yeni torpaqların istifadəyə verilməsi vəziyyəti yaxşılaşdırdı. Əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə gübrələrin, bitkiləri xəstəlikdən və ziyanvericilərdən qoruyan kimyəvi vasitələrin tətbiqi genişlənməyə başladı. Suvarılan torpaq sahələrinin artırılmasının da mövcud sahədə uğurların əldə edilməsində böyük rol oynadı. Belə ki, Xanbulançay və Tərtərçay su təsərrüfatı kompleksləri, Şəmkir, Aşağı Köndələnçay dəryaçalarının, Yuxarı Şirvan kanalının Ağsu qolubaşqa obyektlərin istifadəyə verilməsi nəticəsində suvarılan əkin sahələri təqribən 30 faizə qədər artdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sovetlər dönəmində aqrar sahədə əldə olunmuş uğurlardan əsər-əlamət qalmamışdı. İttifaqa daxil olmuş respublikalarla istehsal-təsərrüfat əlaqələrinin kəsilməsi, ölkəni cənginə almış sosial-siyasi böhranlar, mühüm kənd təsərrüfatı rayonlarının Ermənistanın işğalına məruz qalması, eləcə də ölkə daxilində sektorlararası iqtisadi əlaqələrin qırılması aqrar sahəni çətin vəziyyətə salmışdı. Aqrotexniki qaydaların ciddi şəkildə pozulması, elmi nailiyyətlərin istehsalata ləng tətbiqi vəziyyəti daha da ağırlaşdırırdı. Əmək şəraiti ağır olduğundan, işsizlik səviyyəsi durmadan artdığından kənd əhalisinin bir qismi xarici ölkələrə, bir qismi isə ölkə şəhərlərinə üz tuturdu. Həmin dövrün kənd təsərrüfatına dair statistik rəqəmlərinə baxsaq vəziyyətin nə dərəcədə ağır olduğu aydın görünər. Belə ki, ölkədə ümumi daxili məhsul 70  faizdən çox aşağı düşmüşdü. Əhalinin ərzaq məhsullarına olan tələbatı taxılla cəmi 51 faiz, meyvə ilə 56 faiz, kartofla 33 faiz, bostan məhsulları ilə 40 faiz, tərəvəzlə 62 faiz, südsüd məhsulları ilə 34 faiz, ət və ət məhsulları ilə 30 faiz ödənilirdi.

Ölkə iqtisadiyyatının belə ağır şəraitində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev kənd təsərrüfatında mövcud tənəzzülü aradan qaldırmağı, bu sahənin inkişafı sayəsində xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırmağı qarşısına ən ümdə məsələ kimi qoydu. Ulu öndər müdrik yaxşı bilirdi ki, yeni müstəqillik əldə etmiş ölkəmizdə sovet dönəmindən qalmış inzibati amirlik metodundan imtina etmək, bazar münasibətlərinə əsaslanan sistemə keçmək lazımdır. Bu məqsədlə dövlətin mülkiyyətində olan əmlakın bir hissəsi özəlləşdirilərək xüsusi mülkiyyətə verilməli idi ki, ölkədə sahibkarlıq inkişaf etsin. Ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə  "Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm", - deyə səsləndirdiyi fikirlər onun aqrar-torpaq islahatlarının aparılmasını vacib şərt kimi ortaya qoyduğunu aydın göstərir. Şübhəsiz bu islahatların həyata keçirilməsi vacib olduğu qədər, həm də çətin idi. Ancaq bu çətinliyə, qarşıda duran maneələrə baxmayaraq ulu öndər bu islahatların öhdəsindən gələ bildi.

Yaxın keçmişə nəzər yetirsək, ümummilli lider Heydər Əliyevin ölkəmizdə aqrar-torpaq sahəsində islahatları ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyini görərik. 6 aprel 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sessiyasında qəbul edilmiş "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxozsovxozlar haqqında" və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi haqqında" qərarlardan başlayan islahatlar kənd təsərrüfatının gələcək inkişafının bünövrəsi oldu. Torpaq islahatlarına da ilk dəfə olaraq burada - Culfa rayonunun ŞurutGal kimi sərhəd kəndlərində eksperimental qaydada gerçəkləşdirilmişdir. Görülən işlər nəticəsində torpaqlar kənd əhalisinə paylanmış, kəndliyə sahibkar hüququ verilmişdir. Culfa rayonunun ŞurutGal kəndlərində həyata keçirilən islahatlar ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bütün respublika üçün tətbiq edilməyə başlandı. Ümummili liderin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatına dair Dövlət Proqramı hazırlandı. Bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.

Ümummilli lider Heydər Əliyevin  18 aprel 2001-ci il tarixli fərmanı ilə respublikamızda yeni icraedici mərkəzi orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradıldı. Nəticədə aqrargeodeziya-topoqrafiya kimi sahələr idarəetmə baxımından keyfiyyətcə yeni mərhələyə daxil oldu. Aparılan struktur dəyişiklikləri nəticəsində qısa müddətə böyük vəsaitə qənaət edildi. Görülən tədbirlər bundan sonra müvafiq sahədə operativ idarəetməni həyata keçirməklə yanaşı, həm də həmin sahələrin dinamik inkişafı üçün baza rolunu oynamağa başladı.

Aparılacaq torpaq islahatı ilə əlaqədar qəbul edilən digər qanunnormativ-hüquqi aktlar - "Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Torpaq Məcəlləsi", "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər normativ-hüquqi akt respublikamızda torpaq islahatlarının uğurla həyata keçirilməsini təmin etdi. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.

Torpaq islahatlarının birinci mərhələsinin yekunlarını ulu öndər Heydər Əliyev olduqca yüksək qiymətləndirərək demişdir: "Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özübu, hələlik başlanğıcdır".

Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat -  kolxozsovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.

Bu gün əminliklə demək mümkündür ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar tariximizə "Heydər Əliyev aqrar islahatları" kimi həkk olunmuşdur. Bunu yalnız bizim ölkəmizdə deyil, xarici ölkələrdə də etiraf edirlər. Bir çox xarici ekspertlərin fikrincə, Azərbaycanda aparılan aqrar islahatların MDB məkanında analoqu yoxdur. "Heydər Əliyev aqrar islahatları"nın təkrarsızlığı və digər MDB ölkələrində həyata keçirilən islahatlardan üstün cəhətləri aşağıdakı fikirlərdə öz təsdiqini tapır:

- Azərbaycanda torpaqlar vətəndaşlara pulsuz paylandı. Bunun da nəticəsində 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi.

- Özəlləşdirməyə ən yararlı torpaqlar çıxarıldı. Belə ki, MDB-nin digər ölkələrindən fərqli olaraq, vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların münbit torpaqları verildi.

- Vətəndaşlara öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoymas. hüquqlar verildi.

- Respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi. Vətəndaşlar torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdilər.

- Azərbaycanda torpaq sahəsi xarici fizikihüquqi şəxslərə istifadə və icarə hüququ ilə verildi.

Bu faktlar Azərbaycanda torpaq islahatlarının MDB respublikalarında həyata keçirilən islahatlardan fərqli olaraq əsaslı zəmində və fundamental şəkildə gerçəkləşdirildiyini göstərir.

Qeyd etmək lazımdır ki, respublikamızda həyata keçirilən torpaq islahatlarını birdəfəlik tədbir hesab etmək düzgün fikir olmazdı. Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Məhz bu işlərin nizama salınmasının hüquqi əsaslarını müəyyən etmək üçün "Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları" və eləcə də "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan amillərdən biri də 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaradılması oldu. 1999-cu ilin 24 dekabr tarixində "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 237 nömrəli fərmandan irəli gələn tapşırıqların yerinə yetirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər torpaqdan, torpaq ehtiyatlarından səmərəli istifadə etmək və onun mühafizəsini birbaşa təşkil etmək üçün 28 noyabr 2000-ci il tarixində "Torpaq ehtiyatlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında" fərman imzaladı. Bu fərmanın tətbiqi ilə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısı alındı. Mülkiyyət formasından asılı olmayaraq bütün mülkiyyətçilərə şamil edilmiş sənədin əsas mahiyyəti torpağı gələcək nəsillər üçün qorumaq oldu.

Bu gün Azərbaycanın ən yeni tarixinə nəzər yetirsək, ölkəmizin iqtisadi müstəqilliyinin, gündən-günə artan xarici iqtisadi əlaqələrinin, qeyri-neft sektorunda ixracatın artmasını, ümumiyyətlə, dünya iqtisadiyyatında tutduğu yüksək mövqeyin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən təməli qoyulmuş aqrar islahatların potensialına əsaslandığını görərik. Məhz onun müəllifi olduğu aqrar islahatlar sayəsində Azərbaycanda iqdisadi böhran aradan qaldırıldı, aqrar sahədə sürətli inkişafa nail olundu. Bu prosesdə yeni təsərrüfatçılıq mexanizmi işə salındı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırıldı, köklü struktur dəyişiklikləri aparıldı, dövlət mülkiyyəti özəlləşdirildi, yeni mülkiyyət münasibətləri və çoxnövlü təsərrüfatçılıq formaları inkişaf etdirildi, sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilatı və texniki şərait yaradıldı, sahələrarası, müəssisələrarası və dövlətlərarası istehsal-iqtisadi əlaqələr qurulmaqla kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əsl rəqabət mühiti formalaşdırıldı.

Ümummilli lider Heydər Əliyev aqrar islahatları həyata keçirməsəydi iqdisadiyyatın ayrı-ayrı sahələrində uğur qazana bilməzdik. Çünki kənd təsərrüfatında bazar münasibətlərinin yaradılması respublika şəraitində hər şeydən əvvəl mülkiyyət formasının dəyişdirilməsi vacib idi. Eyni zamanda yeni mülkiyyət münasibətlərinə və sahibkarlıq fəaliyyətinə şərait yaradılmadan bazar münasibətlərini inkişaf etdirmək də mümkün deyildi.

 

Uğurla həyata keçirilmiş aqrar-torpaq islahatları, qəbul edilmiş hüquqi-normativ sənədlər, kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarların dövlət tərəfindən dəstəklənməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ulu öndər Heydər Əliyevin aqrar sahədə apardığı siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Onun 2003-2013-cü illərdə həyata keçirdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)", "Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair 2008-2015-ci illər" və digər dövlət proqramları sayəsində ölkəmizdə aqrar sahədə böyük nailiyyətlər əldə olunub. Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatımız daha da güclənəcək, Azərbaycan inkişaf etmiş ölkələr arasında layiqli yerini qoruyub saxlayacaq.

 

Qərib MƏMMƏDOV,

 

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri, akademik

 

Azərbaycan.- 2014.- 9 may.- S.8.