Mükəmməl dövlətçilik modelinin yaradıcısı

 

 

XXI yüzillikdə  birmənalı olaraq milli dövlət quruculuğu dedikdə, davamlı yeniləşmə və müasirləşmə, yeniləşmə dedikdə isə, ölkəni inkişafa aparan demokratik məzmunlu siyasətin reallaşması başa düşülür.

Hər bir ölkənin düşünən insanları öz inkişaf modelini təkmilləşdirmək və daim yeniləşdirmək yönündə axtarışlar aparır. Çünki dünya sürəkli surətdə dəyişir  və mürəkkəbləşir. Strateji planlaşdırma  müasir dövrdə  rəqabətədavamlılığı təmin etmək istəyən qabaqcıl dövlətlər tərəfindən geniş istifadə edilir. Strategiya ehkamlara çevrilməyib,  dövlətçiliyin inkişafının çevik vasitəsi kimi çıxış etməli,  daxilixarici əhatənin  dəyişən reallıqları nəzərə alınmaqla  onlara daimi düzəlişlər edilməlidir. Zamana adekvat olan inkişaf strategiyasının hazırlanması üçün mövcud  siyasiiqtisadi, sosial-mədəni proseslərin, dünya inkişafının meyillərinin, çağırışlarının dərk edilməsi vacibdir.

Müasir dünyada "inkişafquruculuq, yeni cəmiyyətin formalaşması" prosesləri bir-biri ilə sıx bağlılıq təşkil edir.  Bu proseslərin gedişində hansı cəmiyyət idealının gerçəkləşməsi, onun hansı tipinə keçid alınması, tarixin sınağından çıxmış ən optimal cəmiyyət modeli hansıdır kimi suallara cavab vermək lazım gəlir.

İnkişaf modelləri dedikdə, qarşıya qoyulan məqsədə çatmağın müxtəlif: islahatlar,  təkamül, inqilab, modernləşmə, innovasiyalars. yollar göz önünə gəlir.

Digər mühüm məsələ budur ki, bu yolları seçən cəmiyyətlər ən müxtəlif tarixi səviyyə və mərhələlərdə ola bilərlər. Buraya ənənəvi cəmiyyət, industrial, postindustrial, modernpostmodern cəmiyyətlər, istehlakrifah cəmiyyətləri, informasiya cəmiyyəti, davamlı inkişaf cəmiyyəti, biliyə əsaslanan innovasiyalı cəmiyyət və s. səviyyələrdə inkişaf tipləri daxildir.

Bu gün inkişaf və yeniləşməni təmin edən siyasət və konkret  institutların formalaşdırılması müəyyən mənada milli dövlət quruculuğunun ümumi normasına çevrilmişdir. İnkişafdan danışılanda  birmənalı şəkildə dövlətin müasir tələblərə cavab verən islahatları həyata keçirməsi başa düşülür. Ümimilikdə  yeniləşmə və inkişaf məsələlərindən yalnız vəhdətdə danışmaq mümkündür. 

Onu da qeyd etmək lazımdır ki, hər hansı bir cəmiyyətin bütün sahələrini əhatə edən yeniləşmə prosesləri siyasi, iqtisadi, sosial-mədəni sahələrdə irimiqyaslı və dərin dəyişikliklər yaradır və buna görə də çox zaman özünə əks olan ziddiyyət və münasibət də formalaşdırır.

Davamlı olaraq  yeniləşən  Azərbaycan  cəmiyyətində inkişafın fundamental əsasını  ümummilli lider  Heydər Əliyevin dövlətçilik fəlsəfəsi təşkil edir.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk illərində xalqımız  gələcəyimizin necə olmasına dair geniş müzakirələrin aparılmasına imkan tapa bilməmişdir. Qarşıda fövqəladə dərəcədə çətin məsələlər dururdu. Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırılmalı, bütün qüvvələr işğal və təcavüzün dəf edilməsinə, vətəndaş qarşıdurması, hərbi çevriliş və qiyamın qarşısının alınmasına, bütövlükdə Azərbaycanda dövlətin sütunlarını möhkəmləndirmək üçün milli birliyin  təmin edilməsinə yönəldilməli idi. Paradoks və mürəkkəblik onda idi ki,  bu məsələlərin hamısını eyni vaxtda həll etmək tələb edilirdi. Ən böyük strategiya da, missiya da müstəqil ola bilmək qadirliyini sübut etmək, dünyaya göstərmək idi.  Xalqın istəyi ilə  hakimiyyətə gələn, Azərbaycan dövlətçiliyinin sükanını ələ alan ümummilli lider Heydər Əliyev mahir strateq, siyasət dahisi kimi  bu missiyanı gerçəkləşdirdi. Heydər Əliyev irsinin intellektualizminstrateji təfəkkürün yüksək keyfiyyətlərini özündə cəmləyən zəkanın böyük örnək və məktəb kimi öyrənilməsinin zəruriliyi buradan irəli gəlir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Müasir Azərbaycan cəmiyyətində baş verən dinamik inkişaf prosesləri - sosialsiyasi islahatlar, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının prioritet kimi bəyan edilməsi, bir çox yeni  dövlətçilik institutlarının bərqərar olması, azad bazar iqtisadiyyatı və demokratiyanın inkişafı ölkəmizdə hərtərəfli yeniləşmə proseslərinin həyata keçirilməsinin təzahürüdür. Bu gün əldə edilən təcrübəyə nəzər salaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikası   müstəqil dövlət qismində beynəlxalq siyasi aləmin tamhüquqlu üzvü kimi çıxış ediruğurlu inkişaf yolu ilə getməkdədir.  Azərbaycan cəmiyyəti qarşısında duran əsas məsələlərdən biri ən müasir siyasiiqtisadi sistem qurmaq istiqamətində milli quruculuğun təkmilləşdirilməsi proseslərini daha da genişləndirmək, inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdır.

Yeni cəmiyyət quruculuğu, inkişaf  modelləri, onun formalaşmasında siyasi lider amilinin yerirolu  mövzuları müstəqillik bərpa ediləndən bəri elmi müzakirələrin gündəmindən düşməmişdir.

İstənilən tarixi mərhələdə yeni cəmiyyət quruculuğunun ilkin və əzəli şərti  xalqın və siyasi rəhbərliyin dəf etməli olduğu  ağlasığmaz çətinliklərin dərk  edilməsi və ona qarşı səfərbər olmasıdır. Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxilixarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda öz istiqlal arzusunu gerçəkləşdirmişdir. Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan qat-qat çətindir.

Azərbaycanın öz yolunu müəyyənləşdirməyə, yeni müstəqillik qazanan dövlətlər sırasında özünəməxsus yeganə düzgün  seçim etməyə mane olan çoxsaylı amillər mövcud idi. Müstəqil dövlət kimi mövcud olmaq üçün, hər şeydən öncə, həm daxili, həm də xarici siyasət sahəsində minimum milli atributlar hələ yox idi. Dövlətçiliyin inkişafı üçün zəruri olan şərtləri  sıfırdan  başlayaraq yaratmaq lazım idi. Yeni quruculuq işlərini keçmiş sovet ölkələrinin heç birində rast gəlinməyən işğal və təcavüz şəraitində həyata keçirmək lazım gəlirdi.

Lakin bu gün - iyirmi ildən çox vaxt keçdiyi bir dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən  qurulan yeni cəmiyyət modelinin yeganə düzgün strategiyaya əsaslandığını, yalnız qalibiyyət və uğurlar gətirdiyinin şahidi oluruq. İlk növbədə ona görə ki, bu, xalqın yekdil dəstəyini qazanan inkişaf kursu oldu. Məhz buna görə də bir çox  postsovet ölkələrində bu gün belə səngiməyən "inqilab ixracı" və s. siyasi texnologiyalar Azərbaycanda heç vaxt reallaşdırıla bilmədi. Milli birliyin bariz nümunəsi qarşısında  hər dəfə iflasa uğradı.

Dünya elmində "milli quruculuq" kimi adlanan müstəqil dövlətçiliyin qurulmasını məhz siyasət dahisi Heydər Əliyevin uzunmüddətli perspektiv üçün müəyyən etdiyi siyasi inkişaf kursu mümkün etmişdir.

Ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsini bənzərsiz və  əbədiyaşar edən xüsusiyyətlər mövcuddur. Onların ən başlıcası mükəmməl  nəzəri ideyalarla realpraqmatik  müstəvidə gerçəkləşən praktiki fəaliyyətin sintezindən ibarət olmasıdır. Bu fəlsəfəni zamanın fövqünə qaldıran, "daimi, əbədi və sarsılmaz" edən əsaslar məhz bundan ibarətdir.

Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin dediyi bu sözlər ulu öndərin xidmətlərini bariz ifadə edir: "Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə elmi əsərlər, kitablar, bədii əsərlər yaradılmışdır. Bu günə qədər bu məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir. 1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi. Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. 1993-2003-cü illər ərzində Azərbaycan böyükuğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Qanlı Yanvar faciəsinə hüquqisiyasi qiymət verilmişdir. Dövlətimizin ideoloji əsasları qoyulmuşdur. Köklü siyasi islahatlar aparılmışdır".

Yeni cəmiyyət quruculuğu  "sosial eksperiment" olmayıb, tarixi bir missiyadır və müstəsna olaraq siyasi lider fenomeni ilə bağlı məsələdir.

Hər bir dövlətin, siyasi liderin siyasəti, yeni cəmiyyət quruculuğuna dair  siyasi kursu yalnız  o zaman uğur qazanır ki,  cəmiyyətdə qarşıdakı məqsədlər və hədəflər barədə aydın təsəvvürlər, inam formalaşır və xalq tərəfindən yekdilliklə dəstəklənir.  Bu, xüsusən də milli quruculuğun təməl şərti olan  milli birliyin təmin edilməsinin həyati vacib olduğu ilk mərhələsinə aiddir.

Ən yeni müstəqillik  tariximizin ilk illərində, ötən əsrin 90-cı illərində ozamankı rəhbərliyin  daxili, nə də xarici siyasəti  xalqa aydın    məlum idi. Nəticədə  nəinki hər hansı yeni addımlar atıldı, əksinə, Azərbaycan böhranxaosa qərq oldu.

 

İnkişaf edən cəmiyyətin müasir modelləri və

təməl əsasları:

konseptual baxış

 

Yeni cəmiyyət quruculuğunun ən fundamental məsələlərindən biri düzgün modelin müəyyən edilməsi, inkişaf yolunun   seçilməsidir. Məlum olduğu kimi,  kommunizm, sosializms. cəmiyyətlər də "yeni modellər" kimi düşünülərək həyata keçirilmişdi. 

Sosializm sisteminin çökdüyü zaman  postsovet məkanı  sanki  siyasi-tarixi eksperimentlər meydanına çevrilmişdi. Postsosialist modellər və ssenarilərə, layihələrə  dair müzakirələr baş alıb gedirdi. Təbii olaraq bu  həmin vaxt cəmiyyəti düşündürən başlıca məsələ idi.

Dünya ölkələrində   yaxın və uzaq gələcəyin ən müxtəlif - nikbin və bədbin, realutopik ssenariləri tarix boyu  müzakirə predmeti olmuşdur.

İnkişaf dedikdə XXI yüzildə həm də  elmbilik, müasir inkişafın əsas meyarına çevrilən həyat keyfiyyətinin təmin edilməsi başa düşülür.

Son illərdə  ölkəmiz çoxşaxəli novasiyaların  həyata  keçirildiyi möhtəşəm sınaq məkanına çevrilmişdir. Yeni cəmiyyət quruculuğundan irəli gələn demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin formalaşması, bazar iqtisadiyyatına keçids. hələ bunların hamısı deyil. Qloballaşma proseslərinin sürətləndirdiyi mədəni-mənəvi novasiyalar, ictimai şüurun və təsəvvürlərin "alt-üst" olması da bu sıradadır. Ölkəmiz çox önəmli bir mərhələni qət edərək innovasiyalı cəmiyyət quruculuğu prosesinin astanasındadır. Yeni mərhələyə keçid start imkanlarımızın və milli spesifikamızın, düşüncə resursu və potensialımızın səfərbər edilməsini tələb edir.

Prezident İlham Əliyev İslam ölkələri elm və təhsil nazirlərinin IV Bakı konfransı iştirakçıları ilə görüşündə demişdir: "Azərbaycanın gələcəyi necə olmalıdır? Biz gələcəyimizi aydın görməliyik. Bu gün dünya dəyişir. Qloballaşma, inteqrasiya prosesləri gedir. Gələcəyini qurmayan ölkə heç bir uğur qazana bilməz. Bizim böyük maddi resurslarımız ola bilər. Lakin bilikli və bacarıqlı insanlar və ən yüksək standartlara cavab verən gələcək nəsil olmasa, biz uzunmüddətli uğur qazana bilmərik".

Yeni cəmiyyətin  möhkəm təməllərindən birinionun mənəvi-ideoloji  əsasları təşkil edir.

İlham Əliyev sayəsində inkişafın müasir və yüksək rifahagüclü dövlətçiliyə dayaqlanan Azərbaycan modeli bu gün dünyada etiraf olunmuşdur.

İyirmi ildən çoxdur ki, tarix boyu azərbaycanlıların neçə-neçə nəslinin arzuladığı, uğrunda həyatını əsirgəmədiyi dövlətçilik idealı - Müstəqil Azərbaycan adlı məmləkət  dünya siyasətində öz yerini tutmuşdursözünü hər il daha qətiyyətlə deməkdədir. Azərbaycan özünü təsdiq etmiş, onun siyasi, iqtisadi, sosial-hüquqi sistemi,  yeni dəyərlər sisteminin əsası, yeni oriyentirləri müəyyən edilmişdir. Suverenliyimizin keşiyində duran  strukturlar yaranmış, bütün mühüm beynəlxalq təşkilatlarda təmsil olunmuşdur. İnkişafın strateji demokratikləşmə və modernləşmə kursu müəyən edilmişdir.

Biz böyük  hədəfləri nişan aldığımız  bir dövrə qədəm qoymuşuq.

Prezident  İlham Əliyevin irəli sürdüyü qabaqcıl ölkələr sırasına daxil olmaq vəzifəsi buna görə də  real hədəfimizdir.

Belə olan halda bizi bir məsələ düşündürməlidir: qarşıdakı illərdə miqyas və möhtəşəmliyinə görə hansı mənəvi intibah və qələbələri əldə etməliyik  ki, müstəqillik kimi tarixi nailiyyətə layiq olsun?

Yeni yüzilliyin Azərbaycanını yaratmaq üçün hansı şəxsi və intellektual mədəni-mənəvi potensiala malik olmalıyıq? Azərbaycanlıların hazırkı nəslinin hansı tarixi-mədəni tipi, hansı milli keyfiyyətlər formalaşmalıdır ki, bu yeni hədəflərə çata bilsin, milliqlobal məkanın çağırışlarına cavab verə bilsin? XXI əsrdə müasir dövlət olmadan güclü olmaq qeyri-mümkündür. Buna görə də müasir olmaq qabaqcıl  dövlətlər səviyyəsində olmaq deməkdir. Hazırda dünya məkanında dövlətlər çoxdur, lakin müasirinkişaf edən dövlətlər o qədər də çox deyil.

Yeni mərhələyə qədəm qoyuruqilk növbədə onu necə gördüyümüzü  təsəvvür və dərk etməliyik. Suallar isə  kifayət qədərdir. XXI yüzilin  lider dövlətləri hansı mərhələlərdən keçmişlər, kapitalizm, sosializm,  ənənəvi, modernpostmodern dövlət quruculuğu bir-birindən nə ilə fərqlənir. Bütün ölkələr üçün vahid "dövlət quruculuğu resepti" mövcud deyil. Dünya siyasi xəritəsinə nəzər saldıqda artıq formalaşan modellərin müqayisəli təhlili çox şeyə aydınlıq gətirir.

İlk əvvəl nəzərə almaq lazımdır ki, qabaqcıl dövlətlər hər hansı yekcins inkişaf modelinə malik deyillər.

Məsələn, söhbət qabaqcıl ölkələrdən gedirsə, "Böyük səkkizliy"ə (G8) daxil olan, bu  gün üçün inkişafin lokomotivləri hesab edilən, beynəlxalq məsələlərdə kifayət qədər həmrəy çıxış edən  dövlətlər qrupunun  modelləri  var. Qloballaşmanın hegemonulideri kimi qəbul edilən bu dövlətlərin milli quruculuq təcrübəsi var.

Digər qrup ölkələr (məs.: Avstriya,  İsveçb.) dünya sistemində öz uğurlu  yerini tapmış, əhalisinin yüksək həyat səviyyəsini təmin etmiş  daim inkişaf edən dövlətlər sırasındadırlar.

Üçüncü qrup ölkələr də var ki,  onlar nə inkişafın liderləri, nə də  onların ətrafında yer alan  ölkələr sırasındadırlar. Bununla belə, öz mövqelərini ardıcıl olaraq saxlamağa nail ola bilirlər. Sadalanan postmodern inkişaf  modellərinin hansı Azərbaycan üçün cəlbedici və məqbul ola bilər? Təbii ki, müzakirə mövzusu olarsa, əksəriyyət   birinci qrupda olmağa üstünlük verərdi. Birinci qrup ölkələr sırasında heç kim bizi "səbirsizliklə qoynunu açıb" gözləmir, digərlərini isə Azərbaycan öz  hədəfi kimi müəyyən etməmişdir. Öz əhalisinə layiqli həyat təmin edə bilən ikinci qrup ölkələrin modeli    çoxları üçün    müzakirə predmeti ola bilər.

Lakin məsələ ilk baxışda göründüyü qədər asan deyil. Qlobal maliyyə böhranının  qərq etdiyi birinci qrup ölkələrlə müqayisədə  böhran dövründə də inkişaf templərini saxlayan və hətta artımı təmin edə bilən Azərbaycan kimi dövlətlər var. Yaxud qeyd edilən modellərin heç birini yararlı hesab etməyən Çin inkişaf modeli mövcuddur.

Deməli, qabaqcıl ölkələrin inkişaf modellərindən bəhrələnmə məsələsinə gəldikdə, çoxsaylı amillərin dərin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hamısından yaxşısı Azərbaycanın müstəqillik illərində yaratdığı və böhran dövrünün sınaqlarından çıxmağa imkan verən öz modelinin daha da  inkişaf etdirilməsi əsas məsələdir. Məsələ qabaqcıl və müsbət hesab edilən nə varsa həmin modelin məzmun və mahiyyətinə uyğun  şəkildə zənginləşdirilməsi və yaradıcı  tətbiq edilməsidir.

XXI əsrin gəlişi ilə strateji oriyentirlərin seçimi əsasında  milli layihələrin müəyyən edilməsi və həyata keçirilməsi dövlət başçısının  təşəbbüsü ilə ənənəyə çevrilmişdir. Bu o qədər də asan məsələ olmayıb, nəinki  olduqca məsuliyyət tələb edən  vəzifədir, belə layihələrin ümumxalq müzakirəsinə təqdim edilməsi ilk növbədə böyük tarixi  nailiyyətdir. Çünki Azərbaycan xalqı  bu sərəncamda əksini tapan yeni tarixi vəzifələri irəli sürmək üçün   20 illik  müstəqil inkişaf yolunu qət etməli olub. Bu 20 illik zaman müddətini əksər postsovet dövlətləri keçib. Lakin daha keyfiyyətli inkişaf mərhələsinə adlamaq üçün qəbul edilən bu cür dövlət qərarları postsovet ölkələrinin təcrübəsinə baxanda yox dərəcəsindədir. Çünki dünya təcrübəsindən məlumdur ki, yeni gələcək yalnız fundamental tarixi nailiyyətlər üzərində qurula bilər. Azərbaycan məhz bu dövlətlər sırasındadır.

2013-cü ildə Azərbaycan xalqı yekdilliklə müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən  inkişaf modelini bir daha dəstəkləyərək İlham Əliyevi öz Prezidenti, dövlət başçısı seçdi.

"Azərbaycan hansı dövlət  modelinə  aiddir" sualının cavablandırılması lazım gəlir. Əlbəttə ki, əksəriyyət əminliklə onun cavabını bilir. Azərbaycan özü özünü təmin edən güclü dövlətdir.

Diqqətlə nəzər saldıqda, XXI yüzilin  lider dövlətlərinin bu səviyyəyə çatmasında məhz siyasi liderlərin rolu aşkar görünür. ABŞ, İngiltərə, Almaniya, yaxud da Yaponiya hər biri spesifik inkişaf tarixinə malik olsa da, burada  şəxsiyyət və dövlətçilik münasibətləri həlledici rol oynamışdır. ABŞ-ı "Böyük  depressiya"dan çıxaran F.Ruzveltin "Yeni kurs"u olub, yaxud "Asiya möcüzəsi" adlanan Asiya pələnglərinin inkişaf modeli var.

Yeni mərhələyə qədəm qoyuruq və ilk növbədə onu necə gördüyümüzü  təsəvvür və dərk etmək üçün məhz bu məqamdan çıxış etməliyik. Burada isə suallar kifayət qədərdir: bizim dünyada tutduğumuz yer 8-10, 20 ildən sonra necə görünəcək? Hadisələrin gedişini müşahidə edəcək, yoxsa oyun qaydalarının formalaşmasında iştirak edəcəyik? Bütün ölkələr üçün vahid "dövlət quruculuğu resepti"  var, yoxsa mövcud deyil? Hansı  modellərdən bəhrələnmək daha məqbul hesab edilə bilər? Belə ki, qabaqcıl dövlətlər hər hansı yekcins inkişaf modelinə malik deyillər.

"Güclü dövlət, yüksək rifah!" prinsipinin irəli sürülməsi o deməkdir ki, qarşıdakı dövrdə siyasətimizin, iqtisadiyyatımızın, sosial həyatımızın ana xəttini dövlətin gücü və qüdrəti - vətəndaşın yüksək rifahı həm siyasi, həm iqtisadi, həm sosial, həm mədəni, həm də hüquqi məqsəd kimi müəyyən edəcəkdir.

Güclü dövlət dedikdə cəmiyyətdə ictimai-siyasi sabitliyi, təhlükəsizliyi təmin edən, xarici çağırış və təhlükələrə cavab verə bilən, vətəndaşları yüksək sosial standartlarla,  şərait və imkanlarla və s. ilə təmin edən demokratik dövlət nəzərdə tutulur.

Rəqabətədavamlı təfəkkür mövcud olan  bütün mövqelərə, baxışlara bələd olmaqla yanaşı, həm də qeyri-standart, yaradıcı təşəbbüslərin irəli sürülməsi qabiliyyəti deməkdir.  Azərbaycanın inkişafı göstərir ki, xalqımız  həm də unikal intellektual-kreativ resurslara malikdir. 

İkinci halda isə mövcud olan bütün modellər çoxluğu tənqidi və yaradıcı şəkildə öyrənilərək milli özünəməxsusluğu nəzərə alan fərqli və  yeni inkişaf yolu seçilir.

 

Yeni cəmiyyətin

formalaşmasında

insan kapitalı,

vətəndaş amili

 

Hər bir cəmiyyətdə yeniliyin təməli fəal, təşəbbüskar, dünyada gedən proseslərə həssas şəxsiyyətdir.

Gələcəyin modelini Azərbaycanin gələcək vətəndaşının obrazı olmadan formalaşdıra bilmək nəinki qeyri-mümkündür,  hətta mənasızdır.Yeni gələcək üçün yeni düşüncəli insan modelini, strateji təfəkkür vərdişlərinə yiyələnən Azərbaycan gəncini, onun mənəvi ideal və dəyərlərini, gələcəyin humanitar modelinin mənzərəsini  cəmiyyətə yalnız ictimaiyyətşünaslarımız təqdim edə bilərlər.

Dünyada  intellektə inam ruhunu formalaşdıran şəxsiyyətin yeniliyə münasibətini ardıcıl, fasiləsiz maarifçilik və izah prosesində dəyişən  Yaponiya təcrübəsi vardır. İstənilən ölkənin milli inkişafı ilk növbədə arzuedilən gələcək cəmiyyət modelinin, konsepsiyasının ideoloji əsaslarının müəyyənləşdirilməsindən, onun geniş ictimaiyyətə, şüurlara çatdırılması istiqamətində aparılan miqyaslı vəzifələrdən başlayır. Biz adətən tələbə auditoriyasında, çıxışlarımızda Yaponiya möcüzəsinin "ataları"ndan sayılan E.Deminqin sözlərini tez-tez xatırladırıq: "Ölkədə bütün sahələrin kökündən yeniləşməsi yalnız müvafiq məqsədlərin milli ideyaya və ideologiyaya çevrilməsindən sonra mümkündür".

Qeyd etmək istərdik ki, XXI əsr insanının düşüncəsi bir "çeviklik və yenilik fəlsəfəsi"ni mənimsəməlidir. Düşüncə müasir inkişafın insana diktə etdiyi "fikir sürətli" həyat (Bill Geyts) ritminə və axarına qoşulmağa hazır olmalıdır. İstənilən dəyişiklik, böhran dövrləri faciə kimi deyil, növbəti yeniləşmə məqamı kimi dərk edilməlidir. Təsadüfi deyil ki, innovasiyalı inkişaf tipinə keçən qabaqcıl ölkələrdə yaradıcılığa sövq etmək, yeni ideyaları irəli sürmək üçün kollektivlərdə "yaradıcı xaos vəziyyəti" adlanan problem situasiyalar formalaşdırılır, bilik istehsal edən müəssisələr fəaliyyət göstərir, böhrana kimin necə hazır olduğu müəyyənləşdirilir.  Zamana adekvat uyğunlaşmaq və onu məqsədəuyğun yaşamaq üçün "high top" ("yüksək vəzifə") ixtisaslı  mütəxəssislər "time management" ("zamanın idarə edilməsi") adlı fənni bütün səviyyələrdə tədris edirlər.

Azərbaycanın milli varlığını, perspektivlərini yeni yüzillikdə məhz indiki  nəslin potensialı müəyyən edəcəkdir. Buna görə də yeni mərhələdə cəmiyyətin bütün sahələrində innovasiyalı inkişaf mühitini və modelini yarada biləcək  insanların  yetişməsi taleyüklü məsələdir.

XXI əsr humanitar, sosial, informasiya və innovasion texnologiyaların sintezi əsri kimi səciyyələndirilir. Hər bir ölkədə  innovasion cəmiyyət quruculuğu artıq texnoloji başadüşülən deyil, humanitar - insanayönümlü prosesdir. Bütün insanları həyati vacib milli məsələyə - Azərbaycanın yaxın gələcəkdə statusunu müəyyən edəcək innovasion inkişaf modelinə səfərbər etmək milli elmi elitanın hazırkı tarixi mərhələdə başlıca missiyasıdır. İnnovasiyalara əsaslanan cəmiyyətin ideoloji əsasları, onlara həssas ictimai şüurun, mühitin formalaşması üçün ən mühüm təsəvvürlər sistemli şəkildə izah olunmalıdır. Belə cəmiyyətin əsas halqaları, resursları, institutları, elm, təhsil, mədəniyyət, təşkilatlanma formaları barədə strateji maarifləndirmə fəaliyyəti aparılmalıdır.

Qabaqcıl ölkələr səviyyəsinə çatmaq Qərb təcrübəsinin təqlidi kimi bəsit başa düşülmür. Bu, hər şeydən əvvəl, milli inkişaf modelidir. Çünki onun subyekti də, obyekti də Azərbaycan xalqıdır, vətəndaşıdır. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyası təsəvvür edildiyi kimi ümumi vəzifələrin bir istiqaməti, qolu deyil. Bu, suveren Azərbaycanın gələcəyi, rəqabətədavamlı perspektivləri, sabahından əminliyi və milli varlığının, təhlükəsizliyinin təminatı məsələsidir.

Hazırkı müstəqil azərbaycanlıların  nəsli suveren Azərbaycan dövlətinin memarı, dünya siyasi xəritəsinə xalqımızın adını həkk edən ümummilli lider Heydər Əliyevin nəsillərə müdrik nəsihətinin - "müstəqilliyin əbədi, sarsılmaz və dönməz olması"nın gerçəkləşməsi naminə çalışır.

Hər birimiz qarşıdakı tarixdə ərazi bütövlüyümüzün təmin ediləcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olacağımız, dövlətin daha güclü, xalqın daha çox rifahda yaşadığı, dünyanın bütün bölgələrində daha çox tanınan, milli maraqları qoruyan siyasi lideri ətrafında daha sıx birləşən Azərbaycan adının əzəmətinə dünyanın şahidlik edəcəyi zamanın başlandığının fərqində olmalıyıq.

Azərbaycanda yeni cəmiyyət quruculuğunun qət edilən hazırkı mərhələsinin başlıca yekunlarından biri  dövlət başçısı İlham Əliyevin  bu sözlərində bariz ifadəsini tapmışdır: "Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik".

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor

Azərbaycan.- 2014.- 11 may.- S.7.