Demoqrafik siyasətdə
Heydər Əliyev ənənələrinin
rolu
Müasir dövrün mühüm qlobal məsələlərindən biri də demoqrafik problemdir. Demoqrafik siyasət əhaliyə və onun inkişaf dinamikasına aid bütün problemləri əhatə etdiyindən onun qorunub saxlanması dünyanın bütün ölkələrində dövlət səviyyəsində həyata keçirilir.
Məlum olduğu kimi, demoqrafik proseslər bir çox sosial və iqtisadi proseslərlə bağlıdır. Sosial və iqtisadi proseslərdən
irəli gələn kəmiyyət və keyfiyyət xassələri
ayrı-ayrı ərazilərdə ümumi
və fərqli cəhətlərə malik
olur. Bu fərqli cəhətlər
də demoqrafik siyasətə təsir
göstərir.
Yenicə dövlət
müstəqilliyni qazandığımız dövrdə Azərbaycanda
demoqrafik siyasət demək olar ki yox
idi. Yalnız ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində demoqrafik
proseslər sahəsində bir sıra
müsbət dəyişikliklər baş
verdi. Əhalinin həyat və məişət
şəraitinin tədricən yaxşılaşdırılması
demoqrafik siyasətə təsirini göstərdi.
Ulu öndər Heydər Əliyev ölkəmizdə həyata
keçirilən digər islahatlarla
yanaşı, demoqrafik proseslərin kompleks tətbiqi sahəsində də böyük işlər gördü.
Ulu öndərin təşəbbüsü
ilə respublikamızda demoqrafik siyasət
sahəsində ilk növbədə insanlar haqqında, ailə haqqında elmlər sistemi yarandı. Bu sistem respublika əhalisinin bir toplum kimi yaşamasını,
formalaşmasını öyrənir.
Bunlar da öz növbəsində
əhali probleminin dərindən araşdırılması
üçün böyük
elmi əsas yaradır. Əhalinin sayının və
tərkibinin dəyişməsi
qanunauyğunluqları öyrənilir,
eyni zamanda əhalinin təkrar istehsal prosesinin yayılma xüsusiyyətləri,
onlara təsir göstərən amillər
və nəticələr
müəyyənləşdirilir.
Cəmiyyətin
əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Bu baxımdan Azərbaycanda ailənin sosial vəziyyətinə xüsusi
diqqət yetirilir.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi
altında işlənib
hazırlanmış Azərbaycan
Konstitusiyasında ailələrin
hərtərəfli inkişaf
etməsinə dövlət
qayğısı göstərilməsi
təsbit edilmişdir.
Bu istiqamətdə vacib məsələlərdən
biri əhalinin siyahıya alınmasıdır. Keçmiş SSRİ-də əhalinin
siyahıya alınması
10 ildən bir keçirildiyi üçün
sonuncu dəfə Azərbaycanda siyahıyaalınma
1989-cu ildə keçirilmişdi.
O zaman Azərbaycan əhalisinin sayı 7 milyon, 21 min 200 nəfər
olmuşdu. Müstəqil Azərbaycanda əhalinin
siyahıya alınması
üçün ilk dəfə
ulu öndər Heydər Əliyev 22 fevral 1996-cı ildə fərman imzalamışdır.
Həmin fərmanda qeyd edilirdi ki,
əhalinin demoqrafik və say tərkibi, onun yerləşməsi barədə habelə respublikada sosial-siyasi proqramların aparılması
üçün lazım
olan digər təlimatların əldə
edilməsi məqsədi
ilə 1999-cu il yanvarın 27-dən
fevralın 3-dək Azərbaycanda
əhalinin siyahıya
alınması keçirilsin.
1999-cu ildə əhalinin
siyahıya alınmasının
nəticələrinə görə,
respublika əhalisi 10 il ərzində 932 min nəfər və ya 13 faiz artaraq
7953,4 min nəfərə
çatmışdı. Bu müddətdə şəhər
əhalisinin sayı
4119,6 min nəfər, kənd əhalisi isə 3834 min nəfər
olmuşdu.
9 dekabr 1999-cu il tarixində ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikasının
demoqrafik inkişaf konsepsiyası"nı təsdiq
etmişdir. Konsepsiyada bildirilirdi
ki, demoqrafiya sahəsində
dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meyilləri aradan
qaldırmaq və ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun
olaraq əhalinin kəmiyyət və
keyfiyyət artımını təmin etməkdən ibarətdir.
Bundan irəli gələrək demoqrafik
siyasət sahəsində əsas vəzifələr əhalinin
kəmiyyət və keyfiyyətnin normal təkrar
istehsalı üçün zəruri olan doğum səviyyəsini
təmin edə biləcək hərtərəfli şəraitin
yaradılması, ölüm səviyyəsinin
azadılması, əhalinin sağlamlığının və həyatının
yaxşılaşdırılması hesabına orta ömrün
uzadılması, nikah və boşanma proseslərinin bütünlükdə
cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun
nizamlanması kimi müəyyənləşdirilmişdi.
İctimai tərəqqinin həm
yaxın, həm də uzaq gələcəyə
perspektivləri nəzərə alınmaqla miqrasiya
proseslərinin tənzimlənməsi, respublikanın sosial, iqtisadi, siyasi və demoqrafik mənafelərini rəhbər tutaraq
ölkə ərazisində, o cümlədən
sərhəd rayonlarında və işğal
edilmiş rayonlarda əhalinin
məskunlaşmasının yaxşılaşdırılması
üçün şəraitin
yaradılması, ailə institutunun mənəvi-əxlaqi
dəyərlərinin təbliği və müdafiəsi, sağlam həyat tərzinin
formalaşmasının normalara uyğun tənzimlənməsi və digər vacib məsələlərə diqqət
yetirilməsi də bu vəzifələr
sırasındadır.
Bu gün
respublikamızda demoqrafik siyasət uğurla həyata keçirilir.
Son 10 ildə
Prezident İlham
Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində 1 milyon
200 min yeni iş yeri
açılması, yoxsulluq səviyyəsinin
5,5 faizə düşməsi,
yüzlərlə yeni məktəblərin,
xəstəxanaların tikilməsi, əməkhaqlarının,
pensiyaların dəfələrlə artırılması həm
də demoqrafik siyasətin mühüm
tərkib hissəsidir.
Prezident İlham Əliyev
ötən il andiçmə mərasimində
demişdir: "Azərbaycanda son 10 il ərzində əhali
artmışdır. 10 il əvvəl
əhalimiz 8,3 milyon idi. Hazırda 9,4 milyondur. 10
ildə 1 milyon 100 min artmışdır. Demoqrafiya özlüyündə
gələcəkdə böyük
rol oynayacaqdır.
Demoqrafik
inkişaf, eyni zamanda güclü iqtisadiyyatla tamamlanmalıdır."
Prezident
İlham Əliyevin tapşırığı ilə
respublika əhalisinin tibbi müayinədən keçirilməsi qarşıya
qoyulmuşdur. Respublika əhalisinin
sağlamlığının qorunması da Azərbaycanda demoqrafik proseslərin düzgün
həyata keçirilməsində
mühüm rol oynayır.
İsmayıl EYYUBOV,
BDU-nun dosenti
Azərbaycan.- 2014.- 9 may.- S.8.