Heydər Əliyev və ailə

institutunun inkişafı

 

Bu il Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasından 91 il ötür. O, bu ömrü şərəf və ləyaqətlə yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmişdir. Ulu öndər Heydər Əliyevin ictimaisiyasi fəaliyyətini araşdırarkən, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğu bir daha öz təsdiqini tapır.

 

Müxtəlif peşə sahibləri və dünyagörüşləri olan, lakin əsl ailə məhəbbəti nümunəsi kimi məşhur ailələrimiz bu gün də gənc ailələrə nümunə kimi təqdim olunur. Onların həyatları, bir-birnə və övladlarına olan münasibətləri hər zaman örnək kimi qəbul edilmişdir. Azərbaycanın sadiq oğlu, ümummilli lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O qeyd edirdi ki, "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu günbu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğunao, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşübo da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".

Əlbəttə, milli, maddi və mənəvi dəyərlərimizi gənc nəsillərə təbliğ etmək və ötürmək, xalqımızın gələcəyini qorumaq qədər dəyərlidir. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir". Ulu öndər  heç  bir  Azərbaycan  ailəsinin taleyinə  laqeyd  qala  bilmirdi. O, Azərbaycanda ailə  adətlərimizin  ləyaqətlə  davam  etdirilməsi  üçün  hər  cür  imkan və şərait yaradır, bu işdə dəstəyini  xalqdan  əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək  qəhrəmanlarının ailələrinə xüsusi  qayğı  göstərir, onların  övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə və inkişafına gətirib çıxarır. Ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ulu öndər Heydər Əliyevin  təşəbbüsü, dəstəyi əsasında Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli, BMT-nin "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Uşaq Hüquqları haqqında", "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında", "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. "Ailə kəndli təsərrüfatı haqqında", "Uşaq hüquqları haqqında", "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokolların təsdiq edilməsi barədə, "Ərdə olan qadının vətəndaşlığı haqqında" "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" "Ahıllara sosial xidmət haqqında" "Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında" "Uşaqlı ailələrin sosial müdafiəsi haqqında"  və digər qanunlar qəbul edilmişdir. Müstəqil dövlətimizin ali sənədində müəllifi Heydər Əliyev olan Konstitusiyamızda da ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur.

Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi də önəmli məsələlərdən biridir. Ulu öndər ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması üçün tibb işçilərinə göstərişlər verir, ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. 1995-ci ildə "Respublika Ailə- Sağlamlıq Mərkəzi"nin açılışında çıxış edərkən qan qohumluğu evliliyionun fəsadları barədə deyirdi: "...Bizim xalqımızın, millətimizin sağlamlığı üçün, həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririkinkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adət-ənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xas olan adət  qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də ümumiyyətlə millətimizin  gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə bu sahədə ciddi tədbirlər görülmür. Belə bir adət-ənənələrin zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, - yəqin ki, siz bu sahədə tədqiqatlar aparmısınız, bilirsiniz, - çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir. Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir".

Bu bir həqiqətdir ki, sağlam ailə, sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan ulu öndərin imzaladığı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunu xüsusilə qeyd etmək lazımdır. Məhz bu xidmətin və qayğının nəticəsidir ki, ildən-ilə ailələrin sayı çoxalaraq hazırda iki milyona çatmışdır. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modeli kimi qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyevin  siyasi kursunu  şərəflə davam  etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan Prezident İlham Əliyev tərəfindən  bu sahədə islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə  bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. "Gender bərabərliyinin təminatları", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır.  Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında   qızlar və oğlanlar üçün  nikah yaşı 18-ə  qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun qəbul olunmasında Mehriban xanım Əliyavanın xüsusi təşəbbüsü olmuşdur.

Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə davam etdirir. Artıq 10 ildir ki, fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elmtexnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına töhfələrini verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tikilən xəstəxanalar, məktəblər, internat evləri qadınların və uşaqların sağlamlığının müdafiəsinə, onların daha keyfiyyətli təhsil almasına şərait yaratmışdır. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və fondun maliyyə dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın, Asiyanın bir çox dövlətlərində, Müstəqil Dövlətlər Birliyi ölkələrində bir sıra sosial, elm və mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında fondun rolu danılmazdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi dəstəyi və köməyi sayəsində reallaşan genişmiqyaslı tədbirlər anauşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində  profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Heydər Əliyev Fondununonun vitse-prezidenti Leyla xanım Əliyevanın da Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən genosidin dünyaya tanıdılmasında rolu böyükdür.

Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı.  Bu  baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri sayırdı. Ulu öndər deyirdi: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır". Qeyd etmək lazımdır ki, Azərbaycan ailəsində qadının yerirolu xüsusi əhəmiyyət daşıyır. Ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edən, ailə ocağını daim isidən qadındır. O, dünyaya yeni insan bəxş edən, onu adət-ənənələrimizə, milli dəyərlərimizə uyğun böyüdən, tərbiyə edən anadır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini  maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və  ənənələri də nəzərə almaqla davam etdirir. Qadınlarımız bütün tarixi dövrlərdə cəmiyyətimizin inkişaf etməsinə  töhfələr vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri də vardır. Qadınların cəmiyyətdəki yerirolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısıdırlar.

Azərbaycan qadının ailənin bütövlüyünün qorunmasında özünəməxsus yeri var. Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşır. Ümummilli lider Heydər Əliyev ailədə ananın rolunu yüksək qiymətləndirirdi: "...Amma ən əziz amil odur ki, hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. "Ana" sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də "Ana Vətən" deyirik, torpağa da  "Ana torpaq deyirik." Ana cəmiyyətimizə zəkalı, istedadlı insanlar böyüdür, bəxş edir. Ana ailənin dayağıdır.  Hər bir ailənin səadəti, əmin-amanlığı birinci növbədə ananın rolundanonun fəaliyyətindən asılıdır. Bir məsələni xüsusilə  qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədi imzalaması olmuşdur. Bu atəşkəs ana və bacıların axan göz yaşlarını dayandırdı.

Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox həsədlə baxırlar. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bütün bu spesifik xüsusiyyətlərin qabarıq şəkildə özünü büruzə verməsi, təbii ki, xalqımızı digərlərindən yaxşı mənada fərqləndirir. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bütün bu nəcib keyfiyyətlər xalqımızın qan yaddaşından irəli gələn əxlaq normalarıdır. Bu əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə, həmçinin, folklorumuzun hər bir janrında mühafizə edilir və gələcək nəsillərə ötürülür.

Ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun buya digər funksiyalarına yeni elementlər daxil olur. Nümunə üçün, elm və texnologiyanın inkişafının ailəyə, ailə üzvlərinin roluna təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Biz daha çox bu barədə düşünməliyik. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Elə dahi şəxsiyyət Heydər Əliyev də uşaqların düzgün tərbiyə alması və sağlam böyüməsini xüsusi olaraq diqqətdə saxlayırdı. Ümummilli lider deyirdi: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır".

Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə  yüzlərlə, minlərlə insan qurduqları ailələrin briliyant, qızıl, gümüş yubleylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda  ailə modeli qorunur nəsildən-nəslə yaşadılır. Yeri gəlmişkən ölkəmizdə xüsusi istedadı, bədii musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət maraqları ilə seçilən ailələrimiz çoxdur. Komitənin təşəbbüsü ilə 2008-ci ildən etibarən Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı rayonlarında Lənkəran, Şəki şəhərlərində təşkil edilmişdir. Hər il "Ailə bayramında" Azərbaycanın bütün rayonlarından 100-dən çox ailələr iştirak edir. 6 ildir ki Azərbaycan Respublikasının Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə, "Azərbaycan ailəsi" adlı filmlər festivalı uğurla həyata keçirilir. Filmlər festivalının keçirilməsində məqsəd kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması ailə institutunun inkişafına nail olmaqdır.

 

İnsanın mənəviyyatını hər şeydən uca tutan, daxili zənginliyini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Bu, həqiqətən belədir. Odur ki, bu ilk sosial təsisatın qorunması müdafiə edilməsi  hamımızın vəzifə borcudur.

 

Hicran HÜSEYNOVA,

 

Ailə, Qadın Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin sədri,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.- 2014.- 9 may.- S.9.