Qaradağda unudulmayan görüşlər...

 

Ulu öndər Heydər Əliyev altı dəfə bu rayonun sakinləri ilə görüşüb

 

Qaradağda bu görüşləri hamı yaxşı xatırlayır. O illərdə doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlər ciddi problemlərlə üzləşmişdilər. Onların yerləşdirilməsi, böyük bir humanitar fəlakətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü aparılırdı. "İşğal olunmuş bütün rayonlarda didərgin düşmüş indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün bir nömrəli problemdir"  - deyən ulu öndər Heydər Əliyev bu adamlarla şəxsən görüşür, onların ən zəruri ehtiyaclarını öyrənirdi. Elə Qaradağda məcburi köçkünlərin yaşadıqları "Ümid" qəsəbəsi də ulu öndərin xeyir-duası, təşəbbüsü ilə yaradıldı. Əslində, bu yerlər boş ərazi olub. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər yeni yaradılan "Ümid" qəsəbəsinin boy artımına şərait yaratdı. Burada yaşayanların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Doğrudur, bütün bunlar böyük maliyyə vəsaiti tələb etsə də, dövlət xərcləri öz üzərinə götürdü. Ulu öndərin başladığı bu xeyirxah ənənəni uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev bəyan etmişdir ki, "Azərbaycanda görüləcək tədbirlərin nəticəsində heç bir çadır şəhərciyi qalmayacaq, bütün çadır şəhərcikləri ləğv ediləcək və onların əvəzində yeni, müasir standartlara cavab verən qəsəbələr salınacaq..."

Elə Qaradağ rayonunda yaradılan yeni "Ümid" qəsəbəsi də bu silsilənin davamıdır. İşğaldan əziyyət çəkən qaçqın və məcburi köçkünlərin müasir şəraitlə təmin olunması üçün burada geniş quruculuq işləri aparılıb. Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilib. İndi minlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı bu qəsəbə xeyli abadlaşdırılmış, genişmiqyaslı işlər görülmüşdür. Yeni istehsal müəssisələri tikilmiş, yerləri açılmışdır.

Qaradağın iqtisadiyyatının aparıcı sahəsi sayılan neftqaz sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub. Bir-birinin ardınca fəaliyyətə başlayan istehsal müəssisələri işsizlik probleminin birdəfəlik həllinə şərait yaradıb. Təkcə ötən il Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodu uğurla işə düşüb. Bu zavod Xəzər dənizində müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcək. İlkin olaraq bu müəssisədə 1250 nəfər işçi çalışacaq. Gələcəkdə bu işçilərin sayının iki min nəfərə çatdırılması nəzərdə tutulub.

Ötən ilin uğurlu göstəricilərindən birirayon ərazisində Metanol zavodunun tikintisinin başa çatmasıdır. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng müəssisələrdən biri sayılır. Əlbəttə, belə sənaye müəssisələrinin yaradılması yaxın illərdə Qaradağın sənaye mərkəzlərinin birinə çevrilməsinə şərait yaradacaq. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası da uğurla davam edir. Rayonun ərazisində yeni texnoparkların salınması üçün üç min hektar yer ayrılıb. Belə qlobal layihələrin icrası nəticəsində yüzlərlə yeni yerinin açılması nəzərdə tutulub. Rayonda görülən genişmiqyaslı quruculuq işlərini yüksək dəyərləndirən Azərbaycan Prezidenti rayona səfəri zamanı demişdir: "Mən çox şadam ki, son dövrlərdə Qaradağ rayonunda belə gözəl işlər görülmüşdür. Rayonun iqtisadi və sənaye inkişafı sürətlə gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir..."

Elə təkcə ötən ilin yekunları bir daha sübut edir ki, Qaradağ rayonu öz inkişafında uğurlu bir yol üstədir. Ötən il rayon üzrə sənaye məhsulunun ümumi həcmi 518 milyon manat, nəqliyyat sektoruna xidmətin həcmi 35,6 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 720 milyon manat investisiyadan istifadə olunmuşdur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na  uyğun olaraq rayonun bütün qəsəbələrində müasir texnologiyalar əsasında avtomat telefon stansiyalarının nömrə tutumlarının, internet xidmətlərinin sayı artırılmışdır.

Hələ bir vaxtlar ulu öndər Heydər Əliyev bu rayonun perspektivlərindən danışanda demişdir ki, Qaradağ Bakının ən nümunəvi rayonlarındandır.  Bu gün həmin ənənəni qorumaq, davam etdirmək üçün ardıcıl və məqsədyönlü aparılır. "Heydər Əliyev və Azərbaycanda intibah dövrü" mövzusunda rayonda keçirilən silsilə tədbirlər bir daha sübut edir ki, ulu öndərin uzaqgörənliklə həyata keçirmək istədiyi çoxsaylı layihələr bu gün uğurla yerinə yetirilir. Bir-birinin ardınca istifadəyə verilən yeni sənaye obyektləri, çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, parklar, digər infrastruktur layihələri bir daha sübut edir ki, Qaradağda işgüzar mühit varbu, yüksək nailiyyətlərə stimul verir.  Elə ulu öndər də rayon sakinləri ilə görüşlərində gələcək günlər barədə işıqlı proqnozlar verir, perspektivə inanırdı. İnanırdı ki, onun başladığı siyasi idarəetmə sistemi növbəti  onilliklərdə çoxsaylı uğurlara imza atacaq, yeni nəsillər onun ənənəsini varisliklə davam etdirəcək. Bu gün Azərbaycan Prezidentinin təşəbbüsü və himayəsi ilə Qaradağ rayonunda daha geniş layihələrin icrasına başlanılıb. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu rayonun ərazisində yeni yerlərinin açılması üçün 22 sahibkarlıq subyektinə 2,4 milyon manat güzəştli kredit ayrılmışdır. Bu vəsait hesabına yaxın illərdə rayonun müxtəlif qəsəbələrində yeni özəl müəssisələrin tikintisinə başlanılacaq. Əlbəttə, görülən bütün işlər rayon sakinlərində dövlətə inamı, etimadı daha da artırır. Son illərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin əhatə dairəsi də genişləndirilib.  Lökbatan, Sahil, Qızıldaş, Ələt, Səngəçal, Müşfiqabad və digər qəsəbələrdə əhaliyə göstərilən xidmət səviyyəsi xeyli yüksəldilmiş, ayrı-ayrı ərazilərdə yeni yaşıllıq zolaqları salınmışdır. Rayon ərazisində olan yolların abadlaşdırılmasına da xeyli vəsait sərf olunmuşdur. Görülən bütün işlər inam yaradır ki, təməli ulu öndər tərəfindən qoyulan genişmiqyaslı quruculuq işləri uğurla davam etdiriləcək...

 

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan"

Azərbaycan.- 2014.- 11 may.- S.10.