Ulu Öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində xalqı üçün böyük işlər görmüş, müstəqil Azərbaycan dövlətini qurmuş, möhkəmlətmiş və dünyada tanıtmışdır

 

Bunu Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana gələnlər vurğulamışlar

 

Bu günlər bütün dünyada şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş müdrik siyasətçi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunur.

Ümummilli Liderin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar etmişdir. Bir vaxtlar Bakını əzəmətli yadigarları ilə gözəlləşdirən, “Tikdim ki, izim qala” amalı ilə onu quran, yaradan Ulu Öndərə bu şəhər on bir il əvvəl öz köksündə qucaq açdı. Təsadüfi deyildir ki, ötən illər ərzində dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Hər gün Ümummilli Liderin buradakı məzarının üstünü təzə gül çələngləri, tər çiçəklər bəzəyir.

Heydər Əliyevin fəaliyyətində Azərbaycandan kənar heçyox idi. O, Böyük azərbaycanlı idi, azərbaycanlı olmağı ilə fəxr edirdi. Bu dahi şəxsiyyəti tanıyan hər kəs onun haqqında danışanda Heydər Əliyevin xalqı, Vətəni üçün çox böyük işlər gördüyünü, müstəqil Azərbaycan dövlətini qurduğunu xüsusi vurğulayır.

Mayın 10-da səhər tezdən Bakıda qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün uyuduğu Fəxri xiyabana axışmışlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri vardır. Çünki bu gün yeniyetməni də, cavanı da, ahılı da buraya bir istək, bir sevgi, bir məhəbbət gətirir: Heydər Əliyev istəyi, sevgisi və məhəbbəti. Özüonlar təkcə paytaxtı təmsil etmirlər. Bu gün burada Azərbaycanın bütün guşələrindən, xarici ölkələrdən olan çoxsaylı qonaqları görmək olar

... Ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Xalqımızın öz dövlətçilik tarixində fəxr etməyə, öyünməyə ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətinin olduğunu bildirən, paytaxt sakini, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin şöbə müdiri Həsrət QOCAYEV Ümummilli Liderin ürəyinin daim xalqı ilə birlikdə döyündüyünü dilə gətirərək deyir: “Ulu Öndər fəaliyyətinin bütün dövrlərində xalqı üçün böyük işlər görmüşdür. Heydər Əliyev, həmçinin müstəqil Azərbaycan dövlətini qurmuş, möhkəmlətmiş və dünyada tanıtmışdır. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu Ümummilli Liderin adı ilə sıx bağlıdır. Ulu Öndərin həyata keçirdiyi xarici siyasət dünya dövlətlərinin həmişə diqqət mərkəzində olmuşdur”.

Fəxri xiyabana üz tutan insanlar çox yaxşı bilirlər ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz üçün misilsiz işlər görmüş, xilaskarlıq missiyasını yerinə yetirmişdir.

Bu barədə düşüncələrini bölüşən Gənclər və idman Nazirliyinin sektor müdiri Aydın MƏMMƏDOV demişdir:

- Ulu öndər Heydər Əliyev Azərbaycanda sivil, demokratik, hüquqi dövlətin banisiqurucusu kimi hər bir azərbaycanlının qəlbində əbədi məskən salmışdır. Onun Azərbaycan üçün etdiklərini bir neçə cümlədə ifadə etmək mümkün deyildir. Lakin bir həqiqət vardır ki, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycan durduqca xatırlanacaqdır. Ulu Öndərin idmana diqqət və qayğısı sayəsində ölkəmizdə bu sahədə güclü inkişaf olmuş, hazırda bu siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısının bariz nümunəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edir və ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. Artıq Azərbaycan bir idman ölkəsinə çevrilmiş və respublikamız mötəbər beynəlxalq yarışlara ev sahibliyi edir.

O bildirmişdir ki, bu gün xalqımız dahi rəhbər Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla anır. Bu gün xalqımıza Heydər Əliyevsiz çox ağırdır. Amma nə yaxşı ki, o, özündən sonra Prezident İlham Əliyev kimi davamçı qoymuşdur. Biz böyük öndər Heydər Əliyev ideyalarının həyata keçməsi, Azərbaycanımızın daha da yüksəlməsi üçün onun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik.

- Mən bu gün Fəxri xiyabana ürəyimin istəyi ilə gəlmişəm, - deyə “Azərpoçt” MMC-nin əməkdaşı Ənvər QURBANLI bildirmişdir.

Azərbaycanda telekommunikasiyainformasiya texnologiyaları sektorunun inkişaf strategiyasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın hər bir sahəsində olduğu kimi, müasir rabitə sisteminin qurulmasında və inkişafında da inqilabi dəyişikliklər baş vermişdir. Bu gün fəxrlə qeyd edirik ki, onun əvəzsiz xidmətləri və qayğısı sayəsində ölkəmiz dünya rabitə sistemində layiqli yerini tutmuşdur.

Müstəqilliyimizin ilk illərindən ulu öndər Heydər Əliyev informasiyakommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirirbu mühüm sahədə inkişafa nail olmaq üçün səy göstərirdi. Ümummilli Liderimizin qayğısı sayəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulmuşdur.

...Fəxri xiyabana insan axını davam edir. Ulu Öndərə ehtiramını bildirmək istəyənlər arasında Gəncə sakini Mətləb İMANOV da vardır. O deyir:

- Özümü çox xoşbəxt sayıram ki, ümummilli lider, dahi rəhbər Heydər Əliyev ilə eyni gündə - mayın 10-da anadan olmuşam. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə hökm sürən hərc-mərclik, başıpozuqluq qısa vaxt ərzində aradan qalxdı. Heydər Əliyev özünün siyasi bacarığı sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı. Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bildi. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacardı. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi geridə qaldı. Gəncədə baş verən qanlı hadisələri indi də xatırlayıram. Məhz böyük siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Gəncədə dinclik dövrü başladı. İndi Gəncə Azərbaycanın abad, gözəl, öz şanlı tarixinin izlərini daşıyan şəhəridir.

“Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan elminin və təhsilinin inkişafına böyük diqqət və qayğı ilə yanaşmış, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür”. Söhbətinə bu sözlərlə başlayan Şuşa rayonunun 9 nömrəli orta məktəbinin direktoru Qədim ABDULLAYEV demişdir: “Bu gün ölkəmizdə təhsilin yüksək templə inkişafının və Azərbaycan elminin dünyaya inteqrasiyasının əsasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Ümummilli Lider həmişə azərbaycanlı gənclərin xaricdə təhsil almasına böyük əhəmiyyət vermişdir. Hazırda həmin şəxslərin əksəriyyəti müasir müstəqil Azərbaycanın müxtəlif dövlət strukturlarında uğurla fəaliyyətlərini davam etdirirlər. Ulu öndər həmişə peşəsini və bu sahədə çalışan insanların əməyini xüsusilə yüksək qiymətləndirmişdir”.

“Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur”.

Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətin beynəlxalq əlaqələr üzrə katibi Cavid RƏHİMOV söyləmişdir.

C.Rəhimov demişdir: “Böyük dövlət xadimi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir. Dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Mən də bir Azərbaycan gənci olaraq bu gün Fəxri xiyabana gəlib ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməyi özümə borc bilirəm”.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarətə gələnlər dünya şöhrətli siyasi xadimə öz ehtiram və məhəbbətlərini ifadə etməklə yanaşı, dahi rəhbərin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə minnətdarlıqlarını da bildirirlər. Onlar aydın dərk edirlər ki, xoşbəxt gələcəyə qovuşmaq üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə onun sayəsində nail olmuşlar.

Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək daha xoşbəxt gələcəyə doğru inamla addımlayır, Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində beynəlxalq mövqeyini və nüfuzunu daha da möhkəmləndirir. Ümummilli Liderin strateji inkişaf konsepsiyasının reallaşdırılması Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Dünyaya sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, yüksək iqtisadi inkişaf göstəriciləri ilə dünyada birinci yerə çıxmışdır.

Bu fikirləri mayın 10-da Fəxri xiyabana gələn ziyarətçilərin hər birinin dilindən eşitmək olardı.

 

Azərbaycan.- 2014.- 11 may.- S.11.