Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
açıqlaması
ABŞ-ın Kaliforniya
ştatının yerli
assambleyasının mayın 8-də qəbul etdiyi
qətnamə deklarativ xarakter
daşıyaraq heç bir
siyasi və hüquqi
gücə malik deyildir
ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinə dəstək verir. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyi ATƏT-in Minsk qrupunun Birləşmiş Ştatlardan olan həmsədrinin son açıqlamalarında da öz əksini tapmışdır.
Kaliforniya ştatının yerli assembleyasında olan erməni diaspor nümayəndələri və onların əlində alət olan və maliyyə ianələri hesabına fəaliyyət göstərən şəxslər öz şəxsi maraqlarını və tamah hisslərini hər şeydən üstün tutaraq erməni lobbisinin sifarişi və hazırladığı ssenari əsasında belə bir ədalətsiz addıma imza atmışlar.
ABŞ ictimaiyyətinin nümayəndələrinin etirazları ilə qarşılaşan bu sənəd ilk növbədə ABŞ-ın mövqeyinə və maraqlarına ziddir.
Qətnamənin məqsədyönlü şəkildə mayın 8-də Azərbaycan Respublikasının Şuşa şəhərinin işğalının 22-ci ildönümü günündə qəbul edilməsi bilavasitə təxribat xarakteri daşıyaraq, özünü demokratiya “carçısı” adlandıran insanların təcavüz, işğal və etnik təmizləməni təşviq edən əsl mahiyyətini bir daha ortaya qoymuş olur.
Münaqişənin əsl mahiyyətinə göz yuman və yalnız öz məhdud maraqları çərçivəsində fəaliyyət göstərən erməni lobbisi və onun əlində alət olan şəxslər problemin sülh yolu ilə və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə töhfə vermək əvəzinə bu təxribatçı addımları ilə regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər.
Azərbaycan.-
2014.- 11 may.- S.11.