Ümummilli liderin 91 illiyi ehtiramla yad edildi
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə
həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsinin
sədri Ramiz Həsənov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında
əvəzsiz xidmətlərindən
danışdı. O vurğuladı
ki, ümummilli lider Heydər Əliyevin dühası, uzaqgörənliyi və milli maraqlara söykənən dövlətçilik
konsepsiyasının uğurlu
nəticəsidir ki, bu gün Azərbaycan
dünya iqtisadiyyatına,
mədəniyyətinə öz
töhfələrini verir.
Tədbirdə 1993-cü il iyunun
15-də ümummilli lider
Heydər Əliyevin Azərbaycan xalqının
təkidi və tələbi ilə respublika rəhbərliyinə
qayıdışı xatırlandı və bildirildi ki, bu qayıdış həm də Azərbaycan tarixinin dönüş nöqtəsi
oldu. İtirilməkdə olan müstəqilliyimiz
bərpa edildi, ölkəni bürüyən
özbaşınalıq və
xaos aradan qaldırıldı, vətəndaş
müharibəsinin qarşısı
alındı.
Tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasının,
bu istiqamətdə köklü inkişafın
və nailiyyətlərin
əldə olunmasının
ulu öndərin adı ilə bağlı olduğu bir daha tədbir
iştirakçılarının diqqətinə çatdırıldı.
Digər
çıxış edən
struktur bölmə rəhbərləri və
gənc dövlət qulluqçuları da Azərbaycanın dövlət
müstəqilliyi bərpa
edildikdən sonra keçid iqtisadiyyatının
problemləri, Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə ölkəmizdə
aparılan əsaslı
iqtisadi islahatlar haqqında danışdılar.
Komitənin əməkdaşları
keyfiyyət infrastrukturunun
yaradılması, sahibkarlara
dövlət dəstəyi,
beynəlxalq standartlaşdırma,
metrologiya, uyğunluğun
qiymətləndirilməsi, patent siyasətinin həyata keçirilməsi, istehlakçı
hüquqlarının etibarlı
qorunması və digər məsələlərlə
bağlı məruzələrlə
çıxış etdilər.
Elnur HADIYEV
Azərbaycan.- 2014.- 11 may.- S.10.