Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland birgə nahar etmişlər
Mayın 12-də Azərbaycan-Fransa biznes forumu başa çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti
Fransua Olland birgə nahar etmişlər.
Mərasimdə iştirak edən
Azərbaycan əsilli
məşhur fransız
teatr və kino aktyoru, rejissor,
Parisin “Marini” Teatrının
bədii rəhbəri
Rober OSEYN çıxış
edərək dedi:
- Mən bunu iftixar
və fərəh hissi ilə bu ölkənin övladı kimi qeyd etmək istəyirəm. Çünki mən hər
ikisi vətənim olan ölkələrimiz arasında böyük dostluğu, əgər belə demək olarsa, təcəssüm etdirirəm. Mən sevdiyim
ölkədə - Fransada
anadan olmuşam.
Mən, həmçinin qibtə etdiyim ölkənin - Azərbaycanın oğluyam.
Hər iki ölkə inkişaf edib. Bu ölkələrdə qadınlar, hətta digər ölkələrlə
müqayisədə cəmiyyətdə
daha mühüm yer tuturlar, kişilərlə
bərabər mövqedədirlər.
Fransa Respublikasının Prezidenti
bilməlidir ki, bu paytaxt Bakı
şəhərində həm
sinaqoq, həm məscid, həm də pravoslav kilsələr yan-yana mövcuddurlar, heç bir problem olmadan fəaliyyət göstərirlər.
Rober Oseyn babasının Azərbaycanda
doğulduğunu, atasının
isə Səmərqənddə
dünyaya gəldiyini
bildirdi. Qeyd etdi ki, onlar Fransada yaşadıqları müddətdə
dünya mədəniyyətinə
və musiqisinə əvəzsiz töhfələr
vermişlər. Onların yaratdıqları
əsərlər hazırda
müxtəlif səhnələrdə
səsləndirilir və
bu gün həmin ənənə Rober Oseynin oğlu
Pyer tərəfindən
davam etdirilir.
Mərasimin sonunda dövlət başçıları ilə
görüşən Pyer
Oseyn Azərbaycan tarında ifa etdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Fransua Ollandı yola saldılar.
Azərbaycan.-
2014.- 13 may.- S.6.