Rəsmi qarşılanma mərasimi
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fransa Respublikasının Prezidenti Fransua Ollandın mayın 12-də rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollandı qarşıladı.
Fəxri
qarovul dəstəsinin
rəisi Fransa Prezidentinə raport verdi.
Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri
qarovul dəstəsinin
qarşısından keçdilər.
Fransa Prezidenti
Azərbaycan əsgərlərini
salamladı.
Azərbaycan Respublikasının dövlət
və hökumət nümayəndələri Fransa
Prezidenti Fransua Ollanda, Fransa nümayəndə heyətinin
üzvləri Prezident
İlham Əliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Azərbaycan.-
2014.- 13 may.- S.3.