Azərbaycan-Fransa sənədləri  imzalanmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası PrezidentiFransa Respublikası Prezidentinin Birgə Bəyanatı”nı dövlət başçıları İlham Əliyev və Fransua Olland imzaladılar.

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı FonduFransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq Sazişini Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin BabayevFransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Moskva bürosunun direktoru Mişel Tararan imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiFransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat NazirliyiFransa Respublikasının Ekologiya, Davamlı İnkişafEnerji Nazirliyi arasında Anlaşma Memorandumunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzaladılar.

“Azərbaycan Respublikasının Energetika NazirliyiFransa Respublikasının Ekologiya, Davamlı İnkişafEnerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Natiq Əliyev və Fransanın Azərbaycandakı səfir Paskal Mönye imzaladılar.

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında İnzibati Anlaşma”nı Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem imzaladılar.

“Azərbaycan Respublikasının Təhsil NazirliyiFransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində Niyyət Məktubu”nu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ali təhsil və tədqiqat üzrə dövlət katibi Jönöviev Fioraso imzaladılar.

 

Azərbaycan.- 2014.- 13 may.- S.3.