Şəhidlərin
xatirəsinə ehtiram
Fransa Respublikasının Prezidenti Fransua Olland mayın 12-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fransa Respublikasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.
Prezident Fransua Olland “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Fransua Olland Azərbaycan paytaxtının
mənzərəsini maraqla
seyr etdi.
Azərbaycan.-
2014.- 13 may.- S.6.