Əli HƏSƏNOV: Azərbaycanın xarici siyasətində Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur

 

 

Azərbaycanın xarici siyasətində Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Biz təkcə Rusiya Federasiyası, Moskva ilə deyil, həm də Rusiyanın subyektləri ilə birbaşa əlaqə saxlayırıq.

Həştərxanda səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu sözləri mayın 12-də jurnalistlərə müsahibəsində demişdir.

Əli Həsənov vurğulamışdır ki, Rusiyanın subyektləri arasında Həştərxan xüsusi yer tutur. O demişdir: "Həştərxan ilə bizi tarixi, iqtisadi, sosial, mədəni və mənəvi münasibətlər bağlayır, bizi Xəzər ayırır. Həştərxan ilə bizim münasibətlərimiz Rusiya Federasiyasının digər subyektləri üçün müəyyən mənada nümunədir. Bugünkü tədbir Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur".

Əli Həsənov Bakı ilə Həştərxan arasında aviasiya reysi açılmasının mümkünlüyü barədə sualın cavabında demişdir ki, hazırda bu məsələ üzərində gedir. Şöbə müdiri qeyd etmişdir ki, ya birbaşa Bakı-Həştərxan aviareysinin, ya da Bakı-Həştərxan-Volqoqrad reysinin açılması məsələsi  nəzərdən keçirilir.

 

Azərbaycan.- 2014.- 13 may.- S.8.