Müstəqillik dövrünün ən böyük büdcəsi

 

 

Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr başlandı

 

"2013-cü ilin büdcəsi son 10 il ərzində Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərin yekun xarakteristikasını verən mühüm sənədlərdən biridir. Keçən ilin dövlət büdcəsinin icrası Azərbaycan iqtisadiyyatında, ölkənin sosial inkişafında yeni mərhələnin başlandığından xəbər verir". 

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası barədə" qanun layihəsinin müzakirəsi zamanı səsləndirmişdir. Komitə sədri bildirdi ki, əvvəlki illərdə oldugu kimi, hökumət bu sənədin Milli Məclisə təqdim olunmasına qədər ətraflı müzakirələr aparmış, ciddi təhlillər etmiş və dövlət başçısına kifayət qədər ətraflı məlumat vermişdir. Təqdim olunmuş layihədən də görünür ki, 2013-cü il dövlət büdcəsinin bütün parametrləri üzrə əvvəlki dövrə nisbətən xeyli müsbət dəyişikliklər olub. Onun fikrincə, məhz əldə edilən bu uğurlara görə Azərbaycan xalqı yenidən cənab İlham Əliyevi özünə prezident seçib.

 

2013-cü ildə orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manata çatıb

 

Sonra çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirdi ki, 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19159 mln. manat proqnoza qarşı 19496,3 mln. manatyaxud 101,8 faiz icra olunub ki, bu da 2012-ci ilin icra göstəricisinə nisbətən 2214,8 mln. manat (12,8 faiz) çoxdur. Onun sözlərinə görə, dövlət büdcəsi gəlirlərinin 58,2 faiziyaxud 11350 mln. manatı Dövlət Neft Fondundan transfert, 34,2 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 7,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 0,5 faizi isə başqa  daxilolmaların payına düşür. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 3763,9 mln. manatı və yaxud 56,5 faizi qeyri-neft sektorunun, 2900,1 mln. manatı və yaxud 43,5 faizi neft sektorunun payına düşmüşdür. Neft sektoru üzrə daxilolmaların 1494,2 mln. manatını Dövlət Neft Şirkəti, 1405,9 mln. manatı isə neft qaz sahəsində hasilat pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

Nazir müavininin fikrincə, 2013-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manata çatıb. 2013-cü il dövlət büdcəsinin xərcləri isə 19850 mln. manat proqnoza qarşı 19143,5 mln. manatyaxud 96,4 faiz icra edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 1727 mln. manatyaxud 9,9 faiz çoxdur. Strukturuna görə 2013-cü il dövlət büdcəsi xərclərinin 9193,3 mln. manatı və ya 48 faizi cari xərclərə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 84,9 mln. azdır. Əsaslı xərclərə dövlət büdcəsi xərclərinin 9222 mln. manatı yönəldilib ki, bu da 2012-ci ilə nisbətən 1296,1 mln. manat çoxdur. Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə 728,2 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 515,8 mln. manat çoxdur.

 

"Azəri Layt" xam neftinin 1 barelinin orta satış qiyməti 111,2 ABŞ dolları təşkil edib

 

Maliyyə nazirinin müavini diqqətə çatdırdı ki, 2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən dünya iqtisadiyyatı 3 faiz artıb. Azərbaycan Respublikasının ixrac etdiyi "Azəri Layt" xam neftinin 1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib. 2013-cü ildə dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə, yəni 2,7 faiz olub ki, bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks etdirir. 2013-cü il ərzində sənaye sahəsində 26,7 mlrd. manat, tikinti sahəsində 6,8 mlrd. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq sahəsində 3,1 mlrd. manat, nəqliyyat anbar təsərrüfatında 2,8 mlrd. manat,  informasiya rabitə xidmətləri sahəsində 1 mlrd. manat, ticarət nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 mlrd. manat, turistlərin yerləşdirilməsi ictimai iaşə xidmətləri sahəsində 1,1 mlrd. manat, sosial digər xidmətlər sahəsində isə 8,5 mlrd. manat həcmində əlavə dəyər yaranıb.

 

Strateji valyuta ehtiyatlarımız 9 faiz artaraq 50 milyard dolları ötüb

 

Sonra çıxış edən iqtisadiyyat sənaye nazirinin müavini Sevinc Həsənova qeyd etdi ki, ölkədə ÜDM ötən il 5,8 faiz artaraq 57,7 milyard manat olub. Adambaşına ÜDM həcmi 4,4 faiz artaraq 6207,3 manat (7912,5 dollar) təşkil edib. Qeyri-neft sektorunda 32,6 milyard manat, neft sektorunda isə 25,1 milyard manat həcmində əlavə dəyər istehsal olunub. 2013-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 9 faiz artaraq 50 milyard dolları ötüb. S.Həsənovanın sözlərinə görə, ölkənin valyuta ehtiyatları dövlətin xarici borclarını 9 dəfə üstələyib 3-4 il ərzində idxalın örtülməsi üçün kifayət edəcək: "Ölkənin makroiqtisadi göstəriciləri iqtisadi sistemin sabitliyini bu möhkəmliyin sonrakı illərdə təmin olunacağını göstərir. Bunu ötən il 2,4 faiz səviyyəsində olan inflyasiya göstəriciləri sübut edir".

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcənin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyini açıqladı. V.Gülməmmədov qeyd etdi ki, mühüm layihələrin icra olunduğu 2013-cü ildə Azərbaycanda 5,8 faiz artım tempi müşayiət olunub. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Əli Məsimli çıxış edərək bildirdilər ki, büdcənin icrası ilə bağlı layihə yaxşı hazırlanıb plenar iclasa tövsiyə oluna bilər. Qanun layıhəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Akkreditasiya haqqında" qanun layihəsinin adı dəyişdi

 

İclasda həmçinin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında", "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanununda dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki dəyişikliklər barədə məlumat verildi parlamentin plenar iclasına tövsiyə olundu.

Gündəliyin son məsələsi isə "Akkreditasiya haqqında"  Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) idi. Sənədlə bağlı məlumat verən parlamentin komitə sədri Ziyad Səmədzadə bildirdi ki, uzun müzakirələrdən sonra adıçəkilən sənəddə xeyli dəyişiklik edilib. İlk növbədə sənədin adı dəyişdirilib. Bundan sonra bu sənəd "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının qanun layihəsi adlanacaq. Komitə sədrinin çıxışından sonra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.- 2014.- 13 may.- S.9.