Bakıda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır

 

Mayın 12-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgi Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən reallaşdırılmışdır.

Sərgidə Azərbaycanın bu qədim diyarının tarixindən, görkəmli şəxsiyyətlərindən, maddi-mədəniyyət abidələrindən, ədəbi mühitindən, iqtisadiyyatından bəhs edən kitablar nümayiş olunmuşdur.

 

Azərbaycan.- 2014.- 13 may.- S.11.