Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
14 May 2014
№ 118 Bakı
şəhəri, 1 may 2014-cü il
"Elektron
hökumət" portalına
qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və
"İnformasiya sistemlərinin
və ehtiyatlarının,
elektron xidmətlərin
"Elektron hökumət"
portalına qoşulması
üçün Texniki
Tələblər"in təsdiq
edilməsi haqqında
"Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq
edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə
bağlı tədbirlər
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. "Elektron hökumət"
portalına qoşulmalı
olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"
təsdiq edilsin (1 nömrəli əlavə).
2. "İnformasiya sistemlərinin
və ehtiyatlarının,
elektron xidmətlərin
"Elektron hökumət"
portalına qoşulması
üçün Texniki
Tələblər" təsdiq
edilsin (2 nömrəli
əlavə).
3. Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə
tutulan informasiya sistemlərinin və ehtiyatlarının "Elektron
hökumət" portalına
qoşulması üçün
zəruri tədbirlər
həyata keçirsinlər.
4. "Elektron hökumət" portalının iştirakçıları
portala qoşulmalı
olan informasiya sistemlərinin və ehtiyatlarının, elektron
xidmətlərinin bu qərarın 2-ci hissəsi
ilə təsdiq edilmiş Texniki Tələblərə uyğunluğunu
təmin etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-
2014.- 14 may.- S.2.