Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

 

¹ 120             Bakı şəhəri, 5 may 2014-cü il

 

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 93 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası qeydiyyata alınması Qaydaları"nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 582; 2007, ¹ 11, maddə 1177; 2008, ¹ 2, maddə 132; 2009,

¹ 8, maddə 677; 2012, ¹ 11, maddə 1197) 6-8-ci hissələri aşağıdakı redaksiyada verilsin:

 "6. Respublika yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması indeksasiyası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdirilir.

7. Qəsəbə kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

8. Özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.- 2014.- 14 may.- S.2.