Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaya protokol imzalanmışdır

 

 

Mayın 13-də Ər-Riyad şəhərində "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaya protokol" imzalanmışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının maliyyə naziri İbrahim Əbdül Əziz Əl-Əssaf imzalamışlar.

 

AzərTAc

Azərbaycan.- 2014.- 14 may.- S.2.