Azərbaycan və Cənubi Afrika Respublikası arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Mayın 13-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Afrika Respublikasının ölkəmizdəki səfiri Vika Mazvi Khumalo ilə görüşmüşdür.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Yavər Camalov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı səfirə məlumat vermişdir.

Söhbət zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

Azərbaycan.- 2014.- 14 may.- S.2.