Heydər Əliyev Mərkəzi Rusiya Yəhudi İcması
Federasiyasının prezidentində zəngin təəssürat
doğurmuşdur
Mayın 13-də Rusiya Yəhudi İcması Federasiyasının prezidenti Aleksandr Boroda Heydər Əliyev Mərkəzində olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa binası dünya memarlığının nadir incilərindən sayılan mərkəz haqqında məlumat vermişlər. Bildirilmişdir ki, mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Qeyd olunmuşdur ki, mərkəzin binası dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəzin binası artıq dünya memarlığı siyahısına daxil edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Daha sonra
qonaq mərkəzdə
yaradılmış Heydər Əliyev Muzeyi
ilə tanış olmuşdur. Diqqətə
çatdırılmışdır ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyi ərəfəsində istifadəyə
verilmişdir. Muzeydə toplanan
məlumatlar ziyarətçilərə interaktiv
formada çatdırılır. Üç mərtəbədən ibarət
muzeydə ümummilli lider
Heydər Əliyevin həyat yolu ulu öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma
ilə yanaşı, məzmun orijinallığı ilə də
seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli
lider Heydər Əliyevin 1923-cü ildən
2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət,
iqtisadiyyat, idman sahələrində
baş verən önəmli hadisələr
barədə məlumatlar çatdırılır. Muzeyin "Şəkillərə həkk olunan ömür",
"Azərbaycanın ictimai-siyasi həyatı",
"Dövlətçiliyimiz, irsimiz,
nailiyyətlərimiz" bölmələrində ulu öndərin həm sovet
hakimiyyəti dövründə, həm də müstəqillik
illərində həyata keçirdiyi fəaliyyət
konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Muzeydə 1969-cu ildən 2003-cü ilədək
ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
xidməti istifadəsində
olan avtomobillər də qonağın marağına səbəb
olmuşdur.
Qonaq mərkəzdə
fəaliyyət göstərən
"Azərbaycan inciləri",
"Bakıya uçuş. Müasir Azərbaycan
İncəsənəti", "Silahların əfsanəsi"
sərgilərinə, eləcə
də dünya şöhrətli heykəltəraş
Toni Kreqqin fərdi sərgisinə maraqla baxmışdır. A.Boroda
mərkəzin auditorium bölməsindəki
konfrans zalı ilə də tanış olmuşdur.
Mərkəzlə tanışlıq qonaqda zəngin təəssürat
doğurmuşdur.
AzərTAc
Azərbaycan.- 2014.-
14 may.- S.3.