Tolerantlığa dair növbəti
konfrans keçirilmişdir
Daxili İşlər
Nazirliyinin (DİN) təşəbbüsü
ilə "Tolerantlıq
Azərbaycan cəmiyyətinin
yaşam normasıdır"
mövzusunda növbəti
konfrans mayın 13-də
Şirvan şəhərində
keçirilmişdir.
DİN-in
mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin
rəis müavini,
polis polkovnik-leytenantı Hikmət
Eyvazov tədbiri giriş sözü ilə açaraq Azərbaycanda bütün
dinlərə və digər millətlərə
tarixən tolerant münasibət
bəsləndiyini demişdir.
O, dini ayrı-seçkilik
və ədavət salınmasının, dözümsüzlük
ideyalarının yayılmasının
yolverilməzliyi, belə
halların qarşısının
alınması məqsədilə
Daxili İşlər
Nazirliyi tərəfindən
görülən işlərdən
və bu sahənin daim diqqət mərkəzində
saxlanılmasından danışmışdır.
Şirvan Şəhər Polis Şöbəsinin
rəisi, polis polkovniki
Şahin Mirzəyev çıxışında şəhərdə
radikalizmi, dözümsüzlüyü
və bölücülüyü
təbliğ edən zərərli meyillərə
qarşı aparılan
mübarizə tədbirləri
barədə məlumat
vermişdir.
Şirvan
Şəhər İcra
Hakimiyyəti başçısının
müavini Samid Abıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Tural Əliyev, Qafqaz Müsəlmanları
İdarəsinin Şirvan
bölgəsi
üzrə dini icmasının sədri Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının
sədri Fəxrəddin
Rəhimov dini, mənəvi-əxlaqi dəyərlərin
qorunması sahəsində
görülən işlərdən
söhbət açmışlar.
Azərbaycan.-
2014.- 14 may.- S.5.