Naxçıvan Muxtar Respublikasında
faşizm üzərində Qələbənin 69-cu
ildönümü qeyd olunmuşdur
1941-1945-ci illər
müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 69-cu ildönümü
Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunmuşdur.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisindən AzərTAc-a bildirmişlər ki,
mayın 8-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki
Xatirə Kompleksinə gəlmiş, Böyük
Vətən müharibəsi veteranları ilə görüşmüş, onları 1941-1945-ci
illər müharibəsində alman faşizmi üzərində
Qələbənin 69-cu ildönümü
münasibətilə təbrik etmişdir.
Ali Məclisin Sədri abidənin
önünə tər gül dəstəsi
qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini
ehtiramla yad etmişdir.
Mərasim
iştirakçıları və ictimaiyyətin nümayəndələri
də abidə önünə gül dəstələri
düzmüşlər.
Faşizm üzərində Qələbənin əldə
olunmasında azərbaycanlıların da mühüm rolu olmuşdur. 1941-1945-ci illər müharibəsində
igid Azərbaycan oğulları hərbi
şücaət və qəhrəmanlıq nümunəsi
göstərmişlər. Xalqımızın sarsılmaz iradəsi
və inamı ön və arxa cəbhəni birləşdirmiş, faşizm üzərində Qələbənin
reallaşmasına kömək etmişdir.
Müharibədə şərəfli döyüş
yolu keçmiş həmyerlilərimizin
adları bu gün də
iftixarla səslənir. Çünki
onların tarixi şücaətləri gənc
nəsil üçün əsl vətənpərvərlik
nümunəsidir.
Ölkəmizdə
yaşlı nəslə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir.
Bu diqqət və qayğının əsası
ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu
öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən
muxtar respublikada bu bayram qeyd
olunmuş, Ulu Öndərin
Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıdışından sonra isə 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş,
dövlət bayramları sırasına daxil
edilmiş,
müharibə veteranlarının sosial
müdafiəsi ildən-ilə gücləndirilmişdir.
Müharibə iştirakçılarına daim
yüksək diqqət və qayğı göstərən Ümummilli Liderimiz deyirdi: “Azərbaycan xalqı İkinci
Dünya müharibəsində böyük rəşadət, qəhrəmanlıq
nümayiş etdirmiş,
həm cəbhədə, həm arxada vuruşaraq, çalışaraq Qələbənin
əldə olunmasında öz xidmətlərini
göstərmişdir. Bu Qələbə
bəşəriyyət tarixində bütün
qara qüvvələrə, faşizmə
qarşı mütərəqqi qüvvələrin Qələbəsi
idi. Azərbaycan xalqı bu
Qələbənin naminə böyük qurbanlar veribdir”.
Bu gün Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev də 1941-1945-ci illər
müharibəsi iştirakçılarına, arxa
cəbhə veteranlarına xüsusi diqqət
və qayğı göstərir. Dövlətimizin
başçısının 2014-cü il
30 aprel tarixli
“1941-1945-ci illər Böyük Vətən
müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım verilməsi barədə”,
“1941-1945-ci illər Böyük Vətən
müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan
olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin
və onlara bərabər tutulan
şəxslərin xüsusi avtonəqliyyatla
təmin edilməsi sahəsində əlavə tədbirlər
haqqında” sərəncamları bunun parlaq ifadəsidir.
1941-1945-ci illər
müharibəsinin başlandığı ilk
gündən səfərbərlik elan olunmuş, Azərbaycanın on
minlərlə oğul və qızı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir.
Müharibə illərində 700 minə
yaxın azərbaycanlı, başqa
sözlə, respublika əhalisinin hər
5 nəfərindən biri cəbhəyə
yollanmış, onların 450 mini və ya 65 faizi orden
və medallarla təltif olunmuş,
130 nəfər isə Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüşdür.
Muxtar respublikanın əhalisi də alman faşizmi üzərində
Qələbənin qazanılmasında böyük
qəhrəmanlıqlar göstərmişdir. Naxçıvandan
ön cəbhəyə yola
salınmış 30 min igid
oğul və qızımızdan 15 mini müharibədə həlak olmuş, 3 naxçıvanlı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş,
1 nəfər “Şöhrət” ordeninin hər
üç dərəcəsi ilə, 600
nəfər isə müxtəlif orden
və medallarla təltif edilmişdir.
Ali Məclisin Sədri veteranlarla
görüşüb söhbət etmiş, onları Qələbənin 69-cu ildönümü münasibətilə bir daha təbrik etmişdir. Sonra Ali Məclisin Sədri veteranlarla
xatirə şəkli çəkdirmişdir.
Mayın 8-də
Naxçıvan Muxtar Respublikasının
bütün rayon mərkəzlərində
faşizm üzərində Qələbənin
69-cu ildönümü münasibətilə
tədbirlər keçirilmişdir.
Azərbaycan.-
2014.- 9 may.- S.11.