Kosta-Rika Respublikasının Prezidenti Zati-aliləri cənab Luis Gilyermo Solis Riveraya

 

Zati-aliləri,

Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı dostluq əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, dost Kosta-Rika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 may 2014-cü il.

Azərbaycan.- 2014.- 15 may.- S.2.